III mövzunun mənimsəməsini təmin edən yoxlama suallar:
1. Aristotel nələri zahiri, mənəvi və cismani nemətlərə aid edirdi?
2. Zahiri və mənəvi nemətlərin artıqlığı insana necə təsir
göstərir?
3. Xoşbəxtlik kimi tapır?
4. Asudə vaxtdan istifadə etməyi bacarmaq üçün nə
lazımdır?
5. A.Berqsona görə təkamül hansı üsulla baş verir?
6. Nə üçün mexanisizm və teleologizm təkamülü düzgün
təfsir etmirlər?
7. İnstinktlə intellektin fərqləri nədən ibarətdir?
8. Qaydanın iki növü hansılardır? Misallar göstərin.
9. İnsan mədəniyyətinin enerjisi dedikdə V.Vernadski nəyi
nəzərdə tutur?
10. E.Fromm avtoritar etika ilə humanist etika arasında
prinsipial fərqi nədə görür?
22
11. Mövcudluğun dixotomiyası terminini izah edin.
Mövcudluğun dixotomiyasının hansı növləri vardır?
12. Spontan fəallığa aid misallar göstərin.
13. Könüllü fərdisizləşmənin səbəbi nədir?
14. Məhsuldar yönümün və bazar yönümünün xarakterik
cəhətlərini təsvir edin. Bu yönümlərin təzahürünə aid misallar
göstərin.
15. Texnostruktur dedikdə C.Helbreyt nəyi nəzərdə tutur?
16. Fəaliyyətin dörd əsas motivini, habelə texnostrukturla
bağlı olan motivləri sadalayın.
17. Texnostrukturla dövlətin qarşılıqlı əlaqəsi hansı
xarakterə malikdir?
18. Hansı zümrə texnostrukturun əksinə çıxır?
19. Sənayeyəqədərki, sənaye və postsənaye cəmiyyətlərinin
tərifini söyləyin.
20. Postsənaye cəmiyyətində nemətlərin hansı növü başlıca
rol oynayır?
|