28
hüdudlarından, bir qayda olaraq, kənara çıxır. Bunlara ilk növ-
bədə asudə vaxt aiddir. Tipik sahibkar göstərdiyi hər bir səyin ona
«həzzin artımı» şəklində yetərli kompensasiya gətirib-gətirmə-
yəcəyini heç vaxt düşünmür. O, rahatlıq bilmədən çalışır, çünki
başqa cür bacarmır. Şumpeter sahibkarın motivlərini üç qrupa
ayırır. Birinci qrup sahibkarın öz imperiyasının və ya sülaləsinin
əsasını qoymağa çalışması ilə bağlıdır. Öz imperiyası ona hərəkət
sərbəstliyi və
hakimiyyət hissi verir. Motivlərin ikinci qrupu
qələbə əzmi ilə bağlıdır. Buraya, bir tərəfdən, mübarizə aparmaq
arzusu və digər tərəfdən, uğur naminə uğur qazanmaq niyyəti
aiddir. Hər iki halda özlüyündə işin iqtisadi tərəfinin sahibkar
üçün fərqi yoxdur. Burada mənfəətin kəmiyyəti olsa-olsa,
uğurun
göstəricisidir kimi çıxış edir. Üçüncü qrupa aid motivlər
yara-
Dostları ilə paylaş: