“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə17/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   13   14   15   16   17   18   19   20   ...   76
document hrclubaz 217

 
Əsas terminlər 
  siqnal; 
 
mexaniki həmrəylik
 
üzvi həmrəylik; 
 
cəmiyyətin mənəvi sıxlığı; 
 
ülgülər; 
 
təkamül nəzəriyyəsi; 
 
transaksiya məsrəfləri; 
 
axtarış məsrəfləri. 
 
 


 
24 
Mövzunun izahı 
 
Bu mövzuda ilkin olaraq Listin məhsuldar qüvvələr nəzəriy-
yəsi  haqda  məlumat  verilir.  Listə  görə,  sərvət  yaratmaq  qa-
biliyyəti sərvətin özündən çox-çox vacibdir, o, nəinki əldə edilmiş 
sərvətə sahibliyi və onun artmasını təmin edir, həm də itirilənlərin 
əvəzini  verir.  Əgər  insan  sərvətə,  yəni  mübadilə  dəyərinə 
sahibdirsə, lakin istehlak etdiyindən daha çox miqdarda qiymətli 
əşyalar  istehsal  etməyə  qadir  deyilsə,  o,  yoxsullaşacaqdır.  Digər 
tərəfdən,  insan  yoxsul  ola  bilər,  amma  istehlak  etdiyindən  daha 
çox  miqdarda  dəyər  istehsal  etmək  gücündədirsə,  o,  varlanacaq-
dır. Bu, ayrı-ayrı şəxslərdən daha çox bütöv millətlərə tətbiq edilə 
bilər.  List  millətin  sərvət  istehsal  etmək  qabiliyyətini  məhsuldar 
qüvvələr adlandırmışdır . 
Millətin rifahı sərvətin, yəni mübadilə dəyərlərinin miqdarı 
ilə  deyil,  məhsuldar  qüvvələrin  inkişaf  dərəcəsi  ilə  şərtlənir. 
Millət əqli və sosial güc əldə etmək üçün maddi sərvətlərini qur-
ban verməli və məhrumiyyətlərə dözməlidir, gələcək faydasını tə-
min  etmək  üçün  bugünkü  faydasını  qurban  verməlidir.  Ölkənin 
iqtisadi  sistemi  əmək  əməliyyatlarının  bölgüsü  və  məhsuldar 
qüvvələrin  kombinasiyası  prinsipi  baxımından  nəzərdən  keçi-
rilməlidir. Əməyin ən yüksək bölgüsü əqli və fiziki əməyin bölgü-
sündən ibarətdir. Əqli istehsal mənəviyyatın, maarifin inkişafına, 
biliklərin  artmasına,  azadlığın  genişlənməsinə  və  siyasi  tək-
milləşməyə nə qədər çox kömək göstərirsə, maddi sərvət də bir o 
qədər  geniş  olur.  Əksinə,  maddi  istehsal  nə  qədər  çox  sərvət 
yaradarsa, əqli istehsal bir o qədər böyük uğurlar qazanır. 
           Bu  mövzuda  2ci  təqdim  olunan  nəzəriyyə  Veblenin 
instiklər nəzəriyyəsidir. Veblenə görə ictimai quruluşun təkamülü 
sosial  təsisatların  təbii  seçimi  prosesindən  ibarət  olmuşdur. 
Təsisatlar insanların həyatda rəhbər tutduqları adət edilmiş təfək-
kür  tərzidir.  Bu,  üstünlük  təşkil  edən  mənəvi  mövqe  olub  geniş 
yayılmış xarakter tipinə uyğundur. Təsisatlar keçmişdə baş vermiş 
proseslərin  nəticəsi  olduğuna  görə  ictimai  inkişafın  mühafizəkar 
amilidir.  Hər  bir  sosial  birliyi  istehsal  mexanizmi  və  ya  iqtisadi 


 
25 
mexanizm  kimi  nəzərdən  keçirmək  olar,  elə  mexanizm  ki,  onun 
strukturu  sosial-iqtisadi  təsisatlardan  əmələ  gəlir.  İctimai  həyat 
prosesinin maddi əhatəsi ilə əlaqə halında həyata keçirilməsi pro-
sesinin adət edilmiş üsulları belə təsisatlara aiddir. Daha dayanıqlı 
təsisatlar bioloji mənşəli olur və sosial instinktlər adlandırılır. Üç 
instinkt  −  altruizm,  öyrənmək  həvəsi  və  məharət  əsas  sayılır. 
Altruizm  instinkti  nəsilə  qayğı  bioloji  instinktindən  əmələ  gəl-
mişdir və cəmiyyətdə xeyriyyəçilik, siyasi fəallıq və s. formalarda 
ictimai  rifaha  təmənnasız  qayğı  kimi  təzahür  edir.  Öyrənmək 
həvəsi  instinkti  onunla  şərtlənir  ki,  heyvanın  balası  sağ  qalmaq 
üçün  ətraf  mühiti  tədqiq  etməlidir,  cəmiyyətdə  isə  bu,  bədii  və 
elmi  yaradıcılıq  kimi  təzahür  edir.  Məharət  instinkti  heyvanın 
zəruri  yaşayış  vasitələri  əldə  etmək  üçün  fəaliyyəti  əsasında 
inkişaf  etmişdir.  Cəmiyyətdə  o,  məhsuldar  fəaliyyət  formasında 
təzahür edir. Bu  instinkt göstərilən üç instinktin ən vacibidir, o, 
iqtisadi məqsədəuyğunluqla bağlı istənilən məsələdə ali məhkəmə 
instansiyasıdır. Onu səmərəli hərəkətlərə meyil  adlandırmaq olar. 
Müvafiq  xarakter  tipinə  malik  olan  insan  hansısa  konkret,  ob-
yektiv,  şəxssiz  məqsədə  can  atır,  qüvvəsinin  faydasız  və  hədər 
yerə  sərf  edilməsinə  nifrət  bəsləyir.  İnsan  öz  qabiliyyətini  fəa-
liyyətdə göstərərək hörmət qazanır, məzəmmətdən qaçır. 
Cəmiyyət  sülhsevər  vəhşilik  mərhələsindən  yırtıcılıq  fa-
zasına  keçərkən,  məharət  instinkti  başqaları  ilə  rəqabətə  və  on-
ların  qarşısında  qüvvə  nümayişinə  transformasiya  olunur.  Mü-
barizə  özünüifadənin  hamılıqla  tanınan  ləyaqətli  formasına  çev-
rilir, qəsb və  ya soyğunçuluq  yolu ilə əldə edilən faydalı əşyalar 
və ya xidmətlər uğurlu mübarizənin ənənəvi sübutu olur. İnsanın 
maddi  əşyaları  qəsbdən  fərqli  üsullarla  əldə  etməsi  ləyaqətsiz 
üsullar  sayılmağa  başlanır.  Bir  tərəfdən,  rəşadətli  fəaliyyət  və 
qəsb yolu ilə əldəetmə ilə digər tərəfdən, istehsal fəaliyyəti (əmək 
fəaliyyəti)  arasında  həsəd  doğuran  fərq  yaranır.  Əmək  etinasız 
münasibət gördüyündən usandırıcı bir məşğuliyyət xarakteri kəsb 
edir,  acizliklə  və  sahibə  tabeliklə  əlaqəli  sayılmağa  başlayır,  ha-
belə  cəmiyyətdə  daha  zəif  mövqeyin  göstəricisi  olur.  Veyillik  – 
vaxtın  qeyri-məhsuldar  sərf  edilməsi  rəşadətli  fəaliyyət  hesab 


 
26 
edilməyə  başlanır.  Saxta  elmi  və  saxta  bədii  savad,  eləcə  də  cə-
miyyətin tərəqqisinə birbaşa dəxli olmayan hadisələrdən xəbərdar 
olmaq veyilliyin göstəricisi sayılır. Veyil sinfin meydana gəlməsi 
mülkiyyətin  yaranması  ilə  eyni  vaxta  təsadüf  edir.  Mülkiyyətin 
əsasında  dayanan  motiv  rəqabətdir.  Sərvət  sahibi  olmaq  insana 
şan-şöhrət  gətirir,  şan-şöhrət  insanları  fərqləndirir  və  həsəd  ob-
yektinə  çevirir.  Toplanmış  maddi  dəyərlər  qabiliyyətin  hamılıqla 
qəbul  edilmiş  əlamətinə  çevrilərək,  hörmətin  müstəqil  əsası 
xarakterini alır. 
Veblen  iqtisadi  təsisatları  iki  kateqoriyaya  –  maliyyə  və 
istehsal kateqoriyalarına ayırmışdır. Bu, məşğuliyyət barəsində də 
düzgün bölgüdür. Birinci kateqoriyaya mülkiyyətə sahib olmaqla 
və ya onu əldə etməklə bağlı məşğuliyyət, ikinci kateqoriyaya isə 
məharətlə  və  ya  istehsala  aidiyyəti  olan  məşğuliyyət  daxildir. 
Məşğuliyyətin bu iki kateqoriyası  tələb etdikləri  qabiliyyət  baxı-
mından  bir-birindən  xeyli  fərqlənir.  Məsələn,  biznes  sahəsində 
hiyləgərlik uğur qazanılmasında əqli qabiliyyətdən daha vacib rol 
oynayır.  Pul  rəqabəti  ilə  bağlı  olan  sahədə  iqtisadi  fəaliyyət 
müəyyən  vəhşilik  xassələrini  qoruyub  saxlamağa  meyillidir, 
maddi  istehsala  bilavasitə  aidiyyəti  olan  məşğuliyyət  növləri  isə 
əks  meyillidir.  Müasir  istehsalda  işçinin  rolu  ilkin  hərəkətverici 
qüvvəyə sahiblikdən fiziki hadisələrin tanınmasına və qiymətlən-
dirilməsinə,  səbəb-nəticə  əlaqəsi  baxımından  onların  bir-biri  ilə 
uzlaşdırılmasına və nəticələrinin qabaqcadan görülməsinə çevrilir. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin