“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə22/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   18   19   20   21   22   23   24   25   ...   76
document hrclubaz 217

deyildir  və  bu  vahidlərin  mövcudluğundan  qat-qat  sürəklidir. 
Orqanik  və  sosial  cisimlərdən  başqa,  heç  bir  cisimdə  tamın 
bölünməzliyinin davam etdiyi bir şəraitdə hissələr bu cür fasiləsiz 
sıradan çıxmır və əvəz edilmir. 
Cəmiyyətlər  ilə  fərdi  orqanizmlər  arasında  başlıca  fərqlər 
bunlardır: 
 
cəmiyyətlərin spesifik zahiri formaları yoxdur; 
 
fərdi  orqanizmi  əmələ  gətirən  canlı  toxuma  bütöv  kütlə 
təşkil  etdiyi  halda  cəmiyyətləri  təşkil  edən  canlı  elementlər  yer 
səthinin müəyyən hissəsində geniş sahəyə səpələnmişlər
 
fərdi  orqanizmin  canlı  elementlərinin  hər  biri  heç  yerə 
ayrılmadan əsasən öz yerində qalır, sosial orqanizmin elementləri 
isə bir yerdən başqa yerə hərəkət etmək qabiliyyətinə malikdir
 
heyvanın bədənində toxumaların yalnız müəyyən növünün 
hissiyyatı  vardır,  cəmiyyətdə  isə  onun  bütün  üzvləri  hissiyyata 
malikdir.  
Cəmiyyətdə  məhsulların  dövriyyəsi  canlı  orqanizmdə  qan 
dövranı ilə eyni rol oynayır. Hər bir hərəkət məlum qüvvə sərfini 
nəzərdə  tutur;  qan  bu  sərfiyyatın    əvəzini  vermək  üçün  gərəkli 
materialları  gətirir ki,  orqan inkişaf  edə bilsin.  Kommersiya işlə-
rində qazanc (mənfəət) adlandırılan şey canlı orqanizmdə qidanın 
qüvvə  sərfiyyatından  artıqlığına  uyğun  gəlir.  Dövriyyədə  olan 
qida  maddələri  kütləsi  öz  tərkibinə  görə  getdikcə  daha  müxtəlif 
olur, tədricən onun tərkibində özlüyündə qida maddəsi  olmayan, 
amma qidalanma prosesini asanlaşdıran yeni element əmələ gəlir. 
Fərdi  orqanizmlərdə  bu,  qan  kürəcikləri,  sosial  orqanizmdə  isə 
puldur.  Bir  çox  ibtidai  heyvanların  qanında  kürəciklər  yoxdur, 


 
35 
sivilizasiyanın aşağı pilləsində olan cəmiyyətlərdə isə pul yoxdur. 
Cəmiyyətdə  idarəetmə  sistemi  heyvan  orqanizmində  əsəb 
sisteminə bənzəyir. İnkişaf etməkdə olan orqanizmdəki ilkin əsəb 
mərkəzi  kimi,  idarəedici təbəqənin başlıca xadimə çevrilən üzvü 
də,  adətən,  əsəb  sisteminin  müəyyən  üstünlüklərinə  malik  bir 
insan olur. Necə ki, hər bir ayrıca mərkəzə yalnız bədənin məlum 
hissələrindən  gələn  xüsusi  stimullar  sayəsində  qıcıqlanmaq 
xasdır,  eləcə  də  hər  bir  ayrıca  başçıya  öz  hərəkətlərində  yalnız 
şəxsi  və  zümrə  maraqlarının  təsiri  altına  düşmək  xasdır.  Yaxşı 
beyində bu müxtəlif maraqlara uyğun gələn arzular elə tarazlaşır 
ki,  həmin  arzuların  səbəb  olduğu  hərəkət  tərzi  onların  heç  birini 
başqaları  naminə  qurban  vermir.  Yaxşı  parlament  sayılan  parla-
mentdə partiyalar elə tarazlaşır ki, onların məcmu qanunvericiliyi 
hər  bir  zümrəyə  o  biri  zümrələrin  hüquqları  ilə  bir  araya  sığan 
qədər hüquq verir. Canlı orqanizmin proqressiv təkmilləşməsi cə-
miyyətdəki  əlaqə  vasitələrinə  bənzər  əsəb  tellərinin  əmələ  gəl-
məsində təzahür edir. 
      Cəmiyyətin  tərəqqisi  üzvi  aləmin  qanunları  ilə  eyni  qanunlar 
əsasında  həyata  keçir.  Hər  iki  halda  diferensiallaşmalar  sırası 
vasitəsi ilə sadədən mürəkkəbə doğru inkişaf baş verir. Yekcinsin 
müxtəlif  cinsliyə  çevrilməsi  tərəqqinin  mahiyyətini  təşkil  edir. 
Çoxsaylı  hisslərə,  instinktlərə,  qüvvələrə  və  qabiliyyətə,  quru-
luşca  daha  mürəkkəb  xüsusiyyətlərə  və  ləvazimata  malik  olmaq 
hər hansı başqa növ məxluqlardan daha kəskin fərqlənmək, daha 
aydın  fərdiyyət  göstərmək  deməkdir.  İnsana  aid  işlərdə  bütün 
dəyişikliklər  həmin  qabiliyyətin  daha  da  inkişaf  etməsinə  gətirib 
çıxarır:  onu  fərdiləşməyə  can  atmaq  adlandırmaq  olar.  Tərəqqi 
barədə  teleoloji  (müəyyən  bir  məqsədin  mövcudluğunu  nəzərdə 
tutan)  anlayış  yanlışdır.  Həmin  anlayışa  görə,  yalnız  o  dəyişik-
liklər tərəqqi sayılır ki, onlar insanın xoşbəxtliyinə birbaşa və ya 
dolayı  kömək  göstərir.  Uşağın  əqli  inkişafını,  adətən,  onun  çox 
sayda  faktları  və  qanunları  dərk  etməsində  görürlər,  halbuki  hə-
qiqi inkişaf o daxili dəyişikliklərdən ibarətdir ki, onlar idrakın art-
masında  ifadə  olunur.  Düzgün  başa  düşülən  tərəqqi  sosial  orqa-
nizmin  quruluşundakı  o  dəyişikliklərdir  ki,  onlar  bu  nəticələri 


 
36 
şərtləndirirlər.  Həmin  dəyişikliklərin  mahiyyətini  tədqiq  etmək, 
həm  də  onları  kiminsə  maraqlarından  asılı  olmayaraq  nəzərdən 
keçirmək  lazımdır.  Mövzuda  həmçinin  Dyurkgeymin  orqanik 
həmrəylik və Nelson və Uinterin firma nəzəriyyəsi kimi təkamül 
nəzəriyyələri  haqda  da  qisa  məlumat  verilir  və  bildirilir  ki, 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin