Cədvəl 1 Ġnformasiyanın ĢəxssizləĢməsi və fərdisizləĢməsi Ġnformasiya məhsulu FərdiləĢmiĢ Adsız Şəxsi
Şekspirin soneti
Naməlum
rəssamın
rəsmi
Şəxssiz
Pifaqorun teoremi
Latın əlifbası
İnformasiya məhsuluna olan ictimai tələbat ondan ali fəa-
liyyətin resursu kimi istifadə edilməsi halların ümumi sayı ilə
müəyyənləşir. İnformasiya məhsulundan istifadənin (onun isteh-
lakının) intensivliyi zaman vahidi ərzində ondan istifadə hallarının
sayına, yəni ondan istifadənin tezliyinə bərabərdir. Bu göstərici
zaman keçdikcə azalır. Bu onunla bağlıdır ki, ilkin məhsuldan
çoxsaylı istifadə nəticəsində yeni məhsullar yaranır. Həmin məh-
sullar isə ali fəaliyyətin resursu kimi ilkin məhsulla rəqabətə girir.
İnformasiya məhsuluna ictimai tələbat onun mövcudluğunun
bütün dövrlərinə aid olan intensivlik göstəricilərinin cəminə
bərabərdir.