45
Yeni informasiya yaradarkən insan təkcə digər insanların ali
fəaliyyət məhsullarından deyil, həm də başqa növ qeyri-maddi
resurslardan −
informasiya məlumatlarından istifadə edir.
İnformasiya məhsulundan fərqli olaraq məlumatlar insanın ibtidai
fəaliyyəti və ya süni qurğunun işi nəticəsində əmələ gəlir.
İnformasiya məlumatları hərf−rəqəm, vizual və ya səsli formada
olan mücərrəd simvolların nizamlı toplusu (bazası) şəklində
təqdim edilə bilər. Buna misal kimi Marsın səthinə endirilən
aparatın ötürdüyü rəqəmli siqnallar ardıcıllığı göstərilə bilər.
İnformasiya məlumatlarını müxtəlif insanlar özlərinin şəxsi
xüsusiyyətlərinə uyğun olaraq müxtəlif cür təfsir edə bilərlər.
Dostları ilə paylaş: