“Informasiya İqtisadiyyatı”


ġəkil 5. Ġnformasiya iqtisadiyyatında resursların və



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə32/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   28   29   30   31   32   33   34   35   ...   76
document hrclubaz 217

 
ġəkil 5. Ġnformasiya iqtisadiyyatında resursların və 
məhsulların dövriyyəsi 
 
İnformasiya  məlumatları  yarandığı  məqamda  şəxssizdir, 
çünki onlar hələ insanın yaradıcı təsirinə məruz qalmamışlar. Bu 
baxımdan onlar insanın istehsal fəaliyyətinin maddi resursları ilə 
oxşardır.  İnformasiya  məlumatlarının  maddi  resurslardan  prinsi-
İnformasiya 
məlumatları  
Yaradıcılıq  
resursları 
Ali 
fəaliyyət 
İnformasiya 
texnologiyaları 
Mədəniyyət 
təsisatları 
İnformasiya 
məhsulları 
İnformasiya 
resursları 


 
46 
pial  fərqi  aşağıdakılardan  ibarətdir.  Birincisi,  informasiya  mə-
lumatları  onlardan  istifadə  prosesində  məhv  olmur.  İkincisi,  cə-
miyyətdə  informasiya  məlumatlarının  həcmi  qeyri-məhdud  arta 
bilər. 
İnformasiya məlumatları əldə etmək məqsədi ilə yaradılmış 
spesifik  informasiya  məhsulu  informasiya  texnologiyası  adlandı-
rılır. Adətən informasiya texnologiyası  insanların geniş dairəsini 
lazımi  məlumatlarla  təmin  etməyə  imkan  yaradan  informasiya 
qurğusu şəklində maddiləşir. İnformasiya qurğularına misal kimi 
tərəzini, saatı, termometri, fotoaparatı, kompüteri göstərmək olar. 
İnformasiya  texnologiyası  yaratdığı  informasiya  məlumat-
ları vasitəsi ilə insanın ali fəaliyyətinə təsir göstərir. İnsanların ali 
fəaliyyəti  prosesində  istifadə  (istehlak)  olunan  informasiya 
məhsulu yaradıcılıq resursu adlandırılır. İnformasiya məlumatları 
və  yaradıcılıq  resursları  birlikdə  cəmiyyətin  informasiya  resurs-
larını əmələ gətirir. 
«Məsrəflər−nəticə»  paradoksu.  Rifahın  monetar  konsep-
siyasına görə, qiymət əmtəənin ictimai dəyərinin göstəricisi olub, 
istehsalın  müsbət  nəticəsini  xarakterizə  edir.  Digər  tərəfdən, 
qiymət istehsal məsrəfləri ilə sıx bağlı olan bazar təklifindən çox 
asılıdır.  Məsrəflər  nə  qədər  çoxdursa,  cəmiyyətin  itkiləri  bir  o 
qədər çox, ictimai rifah bir o qədər azdır. Klassik siyasi iqtisada 
görə,  ÜDM  maddiləşmiş  sadə  əməyin  məcmu  həcmindən  iba-
rətdir, yəni əmtəələrin istehsalı zamanı itirilmiş sadə əməyin məc-
mu  vaxtını  xarakterizə  edir.  ÜDM  nə  qədər  böyükdürsə,  insan-
ların  həyat  fəaliyyətinin  məcmu  zaman  məsrəfləri  bir  o  qədər 
böyükdür,  onların  ali  fəaliyyətlə  məşğul  olmaq  üçün  qalan  vaxtı 
bir  o  qədər  azdır.  Bu  halda  ÜDM  istehsalın  məcmu  neqativ 
nəticəsini əks etdirir. Bu nəticə ÜDM-i ictimai istehsalın məcmu 
müsbət nəticəsinin göstəricisi hesab edən neoklassiklərin baxışla-
rına ziddir. Kreativ rifah nəzəriyyəsinin əsas aspektlərini nəzərdən 
keçirək: 
1.Kreativ  rifah  yaradıcı  əməyin  həcmi  kimi.  Fərdin  kreativ 
rifahı muzdlu yaradıcı əmək vaxtından və muzdsuz yaradıcı əmək 
kimi  təfsir  edilən  yaradıcı  asudə  vaxtdan  ibarətdir.  İnsanın 


 
47 
istənilən ali fəaliyyətinə yaradıcı əmək kimi baxılır, çünki təfək-
kür  proseslərini  işəgötürənin  qarşıya  qoyduğu  vəzifələrin  yerinə 
yetirilməsinə aid olanlara və insanın «qeyri-iş» həyatına aid olan-
lara ayırmaq mümkün deyildir. Axı, bir qayda olaraq, yaradıcı işçi 
özünün qeyri-iş vaxtının xeyli hissəsini peşə funksiyalarını yerinə 
yetirməyə  sərf  edir.  Ali  fəaliyyət  vaxtının  onun  iş  yerində  əmək 
funksiyaları  ilə  bilavasitə  bağlı  olmayan  hissəsi  isə  həmin 
funksiyalarla dolayısı ilə  əlaqəlidir, buna görə də yaradıcı əmək 
vaxtına  aid  edilməlidir..  Kreativ  rifah  iqtisadiyyatın  mikro  və 
makro səviyyələrində universal məqsəd göstəricisi kimi. Ənənəvi 
iqtisad  nəzəriyyəsində  mikroiqtisadiyyat  subyektlərinin  məqsəd 
göstəriciləri  və  cəmiyyətin  məqsəd  göstəricisi  bir-birinə  uyğun 
gəlmir.  Mikrosəviyyədə  müxtəlif  iqtisadi  subyektlərin  müxtəlif 
məqsəd  göstəriciləri  vardır.  Həmin  göstəricilər  bunlardır:  is-
tehlakçı  üçün  −  faydalılıq,  istehsalçı  üçün  −  istehsalın  həcmi, 
firma üçün − mənfəət. Cəmiyyətin məqsəd göstəricisi kimi, adə-
tən,  məcmu  əlavə  dəyərdən  ibarət  olan  ÜDM  qəbul  edilir.  Belə-
liklə,  məqsədli  makroiqtisadi  göstərici  məqsədli  mikroiqtisadi 
göstəricilərin heç biri ilə üst-üstə düşmür. Bu hal ənənəvi nəzəriy-
yənin ciddi çatışmazlığıdır, çünki iqtisadi təhlilin mikro və makro 
səviyyələri  arasında  keçilməz  sədd  yaradır.  Kreativ  iqtisad 
nəzəriyyəsində yaradıcı fərd mikroiqtisadiyyatın yeganə subyekti 
kimi  qəbul  edilir.  Onun  məqsədi  özünün  kreativ  rifahını 
maksimallaşdırmaqdan  ibarətdir.  Bu  məqsəd  fərdi  kreativ  rifah 
göstəricilərinin  məcmusundan  ibarət  olan  ictimai  kreativ  rifahın 
maksimallaşdırılması məqsədinə tam uyğundur. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin