53
nurdu ki, gəlir əldə olunması fərddən hər hansı vaxt sərfi tələb
etmir. Lakin praktikada belə vəziyyətə az-az rast gəlinir. Biz bu-
rada ehtimal edək ki, gəlir əldə etmək üçün fərd öz vaxtını yara-
dıcı
əmək deyil, sadə əmək formasında sərf etməyə məcburdur.
Gəlirin qiyməti hər bir fərdin bir rubl gəlirini təmin edən
sadə əməyin müddətidir. Gəlirin qiyməti sadə əməyin ödənilməsi
dərəcəsinin tərsi olan kəmiyyətdir. Buna görə də o, pul vahidinə
bölünmüş zaman vahidləri ilə ölçülür. Gəlirin dəyəri −
C gəlirin
qiyməti −
q ilə onun kəmiyyətinin −
I-nin hasilinə bərabərdir:
C = q
x I.
Bu göstərici zaman vahidləri ilə ölçülür.
Nəzərdən keçirdiyimiz və gəlirin mənbəyinin sadə əmək
olduğu halda fərdin kreativ rifahı −
W
n
istehsal−istehlak funksiya-
sının qiyməti −
W ilə gəlirin dəyəri arasında fərqə bərabərdir:
W
n
= W – C.
Yaradıcı fərdin tarazlığı onun kreativ rifahının maksimum
olduğu vəziyyətdir. Bu halda tarazlıq şərtini almaq üçün funksi-
yanın törəməsini sıfıra bərabər edirik və aşağıda göstəriləni alırıq:
MW = q,
burada
MW – gəlirin son məhsuludur. Beləliklə, fərd sadə
əməyin elə müddətini seçməlidir ki, gəlirin son məhsulu gəlirin
qiymətinə bərabər olsun.
Şəkildə gəlirin dəyər funksiyası
C şüası ilə təsvir edilmiş,
onun absis oxuna əyilmə bucağının tangensi gəlirin qiymətinə
bərabərdir. Kreativ rifahın maksimal kəmiyyəti
AB kəsik xəttinin
uzunluğu ilə ifadə olunur, tarazlı gəlir
I ilə işarə edilir. şəkldə
E
tarazlıq nöqtəsi gəlirin son məhsulunun azalan əyrisi ilə gəlirin
qiymətinə uyğun üfüqi xəttin kəsişməsindən yaranır. Kreativ
rifahın maksimal kəmiyyəti ştrixlənmiş əyrixətli üçbucağın sahəsi
ilə ifadə olunur.