Mövzunun izahı Ümumi kreativ rifah cəmiyyətin sosial-iqtisadi inkişaf
səviyyəsini xarakterizə edir və fərdlərin ali (yaradıcı) fəaliyyətinin
məcmu həcmi ilə ölçülür. Ümumi kreativ rifah W ilə ifadə olunur.
Ümumi rifahın amilləri əhalinin təhsil səviyyəsi, sağlamlıq səviy-
yəsi və məcmu gəliridir. Əhalinin sayı burada dəyişməz qəbul
edilir.
Təhsil səviyyəsi cəmiyyət üzvlərinin ali fəaliyyətlə məşğul
olmaq qabiliyyətinin reallaşmış hissəsinin inteqral qiymətidir. Bu
anlayış fərdin irsən aldığı qabiliyyətini, onun tərbiyəsini, mədə-
niyyətini, formal təhsilini, peşə təcrübəsini və s. əhatə edir. Təhsil
səviyyəsi ümumi kreativ rifahın intensivliyini və ya «enini» xa-
rakterizə edir. Bu göstərici cəmiyyət üzvlərinin qısamüddətli
dövrdə ali fəaliyyətinin məcmu həcmi ilə ölçülür. Ona görə təhsil
səviyyəsi ümumi kreativ rifahın sabit xarakteristikasıdır. Təhsil
səviyyəsi E ilə ifadə olunur.
Əməli hesablamalarda təhsil səviyyəsinin təqribi qiymət-
lərindən istifadə olunur. Bu qiymətlər rəsmi statistika məlumatları
əsasında əldə edilə bilər, məsələn:
əhalinin ümumi sayında ali təhsilli işçilərin xüsusi çəkisi;
işçilərin tədrisinin orta müddəti;
63
əhalinin hər min nəfərinə düşən ali məktəb məzunlarının
sayı və s.
Sağlamlıq səviyyəsi fərdin yaradıcılıq qabiliyyətinin
reallaşmasına mane olan psixi-fizioloji mənşəli mənfi amillərin
inteqral qiymətidir. Əhalinin sağlamlıq səviyyəsi göstəricisinin
inteqral qiyməti kimi adətən doğum məqamındakı orta ömür müddəti götürülür. Sağlamlıq səviyyəsi ümumi kreativ rifahın
ekstensivliyini və ya «uzunluğunu» xarakterizə edir. O, ümumi
kreativ rifahın dinamik xarakteristikasını göstərir. Sağlamlıq
səviyyəsi H ilə ifadə olunur.
Məcmu gəlir təhsil səviyyəsinə və sağlamlıq səviyyəsinə
təsir göstərən kənar şərtlərin inteqral qiymətidir. Ehtimal olunur
ki, yetərli miqdarda pul vəsaiti olduqda fərdin kənar mühitinin
əsas parametrləri dəyişə bilər. Məcmu gəlir təhsil səviyyəsinə və
sağlamlıq səviyyəsinə təsir göstərərək, ümumi kreativ rifahın
həcminə də dolayı təsir göstərir. Bu zaman ümumi kreativ rifahın
kəmiyyəti məcmu gəlirin təhsil və səhiyyə sahələri arasında
bölüşdürülməsi üsulundan asılıdır. Beləliklə, məcmu gəlir ümumi
kreativ rifahın başlıca amili kimi deyil, ikinci səviyyəli amili və
ya yardımçı amili kimi nəzərdən keçirilir.
Ümumi kreativ rifahın ölçülməsi metoduCevons-Şumpe-
terin kapitalın həndəsi interpretasiyası üsuluna əsaslanır. Kapi-
talın intensivliyi dedikdə dəzgahların sayı, kapitalın ekstensivliyi
dedikdə isə onların xidmət müddəti başa düşülür. Belə olan halda
eyni dəzgahlardan ibarət olan kapitalın həcmi onun intensivliyi ilə
ekstensivliyinin hasilinə, yəni eni kapitalın intensivliyi, uzunluğu
isə ekstensivliyi qədər olan düzbucağın sahəsinə bərabərdir.
İctimai məhsul başlıca makroiqtisadi göstərici olub
iqtisadiyyatda yaradılmış faydalı nəticənin inteqral qiyməti kimi
çıxış edir. İctimai məhsulun tədqiqi üçün onun səbəblərini və ya
amillərini ayırd edir, habelə hər bir amilin həcmini xarakterizə
edən kəmiyyət göstəricilərindən istifadə edirlər. İctimai istehsal funksiyası ictimai məhsulun ayırd edilmiş bütün amillərin
həcmlərindən asılılığıdır. Bu funksiyanın müstəqil arqumentləri-
nin sayı amillərin sayına bərabərdir.
64
Ənənəvi makroiqtisadiyyatda ictimai məhsul kimi adətən