67
vəsaitləri təhsil funksiyasını dəyişmir, səhiyyə sahəsinə qoyulan
pul vəsaitləri isə sağlamlıq funksiyasını dəyişmir.
Yuxarıda qeyd olunan ehtimalları nəzərə almaqla, ümumi
kreativ rifah funksiyası aşağıdakı kimi yazıla bilər:
W = E (y
1
) × H (y
2
). 1)
Əgər məcmu gəlirin verilmiş kəmiyyəti şəraitində, yəni
aşağıda göstərilən şərt yerinə yetirildikdə ümumi kreativ rifah
özünün maksimum qiymətinə çatırsa, məcmu gəlirin bölüşdü-
rülməsi qısamüddətli dövr üçün
optimal sayılır:
y
1
+ y
2
= Y. 2)
İctimai optimumun axtarılması haqqında məsələ dəyişənləri
üzərində məhdudiyyətin qoyulduğu şəraitdə (3) ümumi kreativ
rifah funksiyasının maksimallaşdırılmasına gətirib çıxarır. Şərti
ekstremumla bağlı bu məsələ Laqranj metodu ilə həll olunur. Bu
məsələnin həllindən ictimai optimumun zəruri şərti irəli gəlir:
E
H
ME
MH
. 5)
Optimal rifah funksiyası ümumi kreativ rifahın maksimal
qiymətinin məcmu gəlirin kəmiyyətindən asılılığıdır. Bu funksiya
məcmu gəliri ümumi rifahın yeganə amili kimi nəzərə alan
modeldə ictimai istehsal funksiyasıdır. Məcmu gəlir artdıqca
optimal rifah funksiyası da artır, yuxarıdan o, təhsil və sağlamlıq
funksiyalarının müvafiq maksimal qiymətlərinin hasili məhdud-
laşır. Optimal rifah funksiyasının tərsi olan funksiya
rifahın təmin
olunması məsrəfləri funksiyasıdır. Optimal rifah özünün mak-
simum mümkün olan qiymətinə yaxınlaşdıqda bu məsrəflər son
dərəcə böyük qiymətlərə çatır.
Dostları ilə paylaş: