88
Mövzunun izahı:
Əgər müxtəlif insanlar hərəkətlərini öz aralarında uzlaş-
dırmasalar, cəmiyyət normal fəaliyyət göstərə və inkişaf edə
bilməz. Fərdi hərəkətlərin uzlaşdırılmasının
tarixən iki mexanizmi
formalaşmışdır: bazar mexanizmi və ictimai seçim mexanizmi.
Hər iki halda fərd informasiya siqnalının mənbəyi kimi çıxış edir,
uzlaşdırma mexanizmi isə belə siqnallar çoxluğunu cəmiyyət
üzvlərinin hərəkətlərini müəyyənləşdirən vahid siqnala çevirən
amil rolunu oynayır.
Uzlaşdırmanın
bazar mexanizmi bazar subyektlərinin fərdi
tələb və təklif əyrilərinə dair informasiyasını səklən dəyişdirir,
satıcıların və alıcıların davranışını müəyyənləşdirən vahid siqnal
kimi tarazlı qiyməti formalaşdırır. Bu zaman bazar subyektinin
«bazar qərarına» təsiri dərəcəsi onun iqtisadi hakimiyyətindən,
yəni mal satmaq və ya almaq qabiliyyətindən asılı olur.
Bazar mexanizmi cəmiyyət üzvlərinin hərəkətlərini uzlaş-
dırmaq vəzifəsinin öhdəsindən gələ bilmədikdə
ictimai seçim me-
xanizmi tətbiq olunur. Cəmiyyət üzvlərinin uzlaşdırılmalı hərə-
kətləri həm iqtisadiyyata, həm də ictimai həyatın digər sahələrinə
aid ola bilər. Qərarların qəbulunun bazar mexanizminin və ictimai
seçim mexanizminin fəaliyyətinin başlıca prinsipləri bir-birindən
köklü surətdə fərqlənir: fərdin «ictimai qərara» təsir dərəcəsi
bütün fərdlər üçün eyni olmalıdır, özü də onların
iqtisadi hakimiy-
yətindən asılı olmayaraq. Başqa sözlə, ictimai seçim mexanizmi
«bir nəfər–bir səs» prinsipinə əsaslanır, yəni onun əsasında siyasi
demokratiya ideyası dayanır. Beləliklə, ictimai seçim demokratik
cəmiyyətin siyasi təsisatları vasitəsi ilə fərdi hərəkətlərin qeyri-
bazar qaydasında uzlaşdırılması proseslərinin məcmusundan iba-
rətdir. İctimai seçim fərdi fikirlərin nümayişi və nəzərə alınması,
başqa sözlə,
səsvermə prosesidir.
Bazar mexanizmi ilə ictimai seçim mexanizminin fərqləri
aşağıdakılardan ibarətdir:
yuxarıda qeyd edildiyi kimi, ictimai qərarın qəbuluna fər-
din təsirinin dərəcəsi onun iqtisadi hakimiyyətindən asılı deyildir
89
və bir
səslə ölçülür;
bazar subyekti bazar qərarının qəbulu prosesinin iştirakçısı
olduğunun fərqində deyildir və həmin prosedurun mənasını başa
düşmür. Bazar qərarının kəmiyyət parametrləri onun üçün yalnız
iqtisadi fəaliyyətinin səmt göstəriciləridir və məcburi xarakter
daşımır. İctimai seçim subyekti hərəkət üçün əsas tutacağını əzəl-
dən qət etdiyi ictimai qərarın işlənib hazırlanmasına təsir gös-
tərmək məqsədi ilə öz istəklərini bilərəkdən
nümayiş etdirir;
bazar qarşılıqlı əlaqəsi həmişə Pareto-yaxşılaşdırmalara
gətirib çıxarır. Əgər əqd tərəflərdən, heç olmasa, birinin maraqla-
rına cavab vermirsə, həmin əqd könüllü surətdə bağlanmayacaq-
dır. İctimai qərar yekdilliklə qəbul edilmədiyi halda azlıqda qa-
lanlar
üçün ziyan doğura bilər;
bazar subyektinin marağı var ki, onun istəkləri rəqiblərinin
istəklərindən ən yüksək dərəcədə fərqlənsin. Məsələn, əgər digər
alıcıların hər hansı mala tələbi azdırsa, həmin malın tarazlı
qiyməti kiçik olacaqdır ki, bu da bizim alıcı üçün sərfəlidir. Bu-
nunla belə, ictimai seçim zamanı fərdin marağı var ki, ən çox
sayda insanların istəkləri onun öz istəkləri ilə üst-üstə düşsün.
Həmfikirlərin xüsusi çəkisi nə qədər yüksək olarsa, fərd üçün
lazım olan ictimai qərarın qəbul edilməsi ehtimalı da bir o qədər
böyük olar.
Dostları ilə paylaş: