Qlobal menecment paradiqması İnformasiya iqtisadiyyatında milli idarəetmə sistemləri
arasındakı fərqlər silinir. Qlobal bazarlar yeni qaydalar, yeni
tələblər və yeni müştərilər yaradır, yəni yeni oyun yaradır. Qlobal
istehlakçı hər şeyi − yüksək keyfiyyəti, aşağı qiymətləri, sürətli
çatdırılmanı və maksimal etibarlılığı birdən əldə etmək istəyir.
Qlobal mallar və xidmətlər alıcıları bir çox cəhətlərdən razı
salmalıdır. Firmalar artıq əvvəlki kimi bunlardan yalnız biri
üzərində diqqəti cəmləşdirə bilmir.
Qlobal menecment paradiqması milli, mədəni və ya siyasi
adətlərdən və ya ənənələrdən asılı olmayaraq, dünya səviyyəli
şirkətlər tərəfindən tam və ya qismən tətbiq edilən idarəetmə sis-
temidir. Bu, təşkil, menecment, qərarların qəbulu və motivasiya
kimi sahələrdə qarşılıqlı surətdə bağlı, məntiqi cəhətdən ardıcıl
hərəkətlər kompleksidir. Qlobal menecment paradiqması müasir
iqtisadiyyatın sürətlə dəyişən şəraitində beynəlxalq hiperrəqabətə
− transmilli korporasiyaların intensiv rəqabətinə reaksiya kimi ya-
ranmış təşkil sistemi, əməliyyat fəaliyyəti və strateji fəaliyyətdir