Prosesin inteqrasiyalı idarə olunması Prosesin inteqrasiyalı idarə olunması idarəetmənin sistemli
metodudur. Onun əsas xüsusiyyəti istehlakçıların və istehsalçı-
ların vahid prosesdə birləşdirilməsidir. Alıcının əlində məhsul
istehsal dövriyyəsinin bir hissəsi kimi nəzərdən keçirilir ki, bu da
alıcının istehsal prosesinə inteqrasiyasını nəzərdə tutur. İnteqra- siyalı alıcı firmanın strategiyasının, taktikasının, əməliyyatlarının
mənbəyinə və başlıca məqsədinə çevrilir. Alıcının biliklərinin
müəssisəyə inteqrasiyası, istehsalın başlanmasına özü təşəbbüs
göstərməsi, ona istehsalı özü planlaşdırmaq və əlaqələndirmək
imkanının verilməsi prosesin inteqrasiyalı idarə olunmasının ən
mühüm tərkib hissələridir. Alıcı ilə bu cür inteqrasiya edilmiş
prosesin keyfiyyətinin yüksəldilməsi elə bir alətə çevrilir ki, onun
köməyi ilə alıcının tələbatı ödənilir və istehsalın hərəkətverici
qüvvəsi kimi onun rolu dəstəklənir və gücləndirilir. Eyni zaman-
da, həm də istehsalçı olan inteqrasiyalı alıcı prosyumer (ingiliscə
−prosumer) adlandırılmışdır. Bu termin produser (istehsalçı)
sözünün ilk hərflərindən və consumer (istehlakçı) sözünün son
hərflərindən əmələ gəlmişdir.