24
Mövzunun izahı
Bu mövzuda ilkin olaraq Listin məhsuldar qüvvələr nəzəriy-
yəsi haqda məlumat verilir. Listə görə, sərvət yaratmaq qa-
biliyyəti sərvətin özündən çox-çox vacibdir, o, nəinki əldə edilmiş
sərvətə sahibliyi və onun artmasını təmin edir, həm də itirilənlərin
əvəzini verir. Əgər insan sərvətə, yəni mübadilə dəyərinə
sahibdirsə, lakin istehlak etdiyindən daha çox miqdarda qiymətli
əşyalar istehsal etməyə qadir deyilsə, o, yoxsullaşacaqdır. Digər
tərəfdən, insan yoxsul ola bilər, amma istehlak etdiyindən daha
çox miqdarda dəyər istehsal etmək gücündədirsə, o, varlanacaq-
dır. Bu, ayrı-ayrı şəxslərdən daha çox bütöv millətlərə tətbiq edilə
bilər. List millətin sərvət istehsal etmək qabiliyyətini
məhsuldar
qüvvələr adlandırmışdır .
Millətin
rifahı sərvətin, yəni mübadilə dəyərlərinin miqdarı
ilə deyil, məhsuldar qüvvələrin inkişaf dərəcəsi ilə şərtlənir.
Millət əqli və sosial güc əldə etmək üçün maddi sərvətlərini qur-
ban verməli və məhrumiyyətlərə dözməlidir, gələcək faydasını tə-
min etmək üçün bugünkü faydasını qurban verməlidir. Ölkənin
iqtisadi sistemi əmək əməliyyatlarının bölgüsü və məhsuldar
qüvvələrin kombinasiyası prinsipi baxımından nəzərdən keçi-
rilməlidir. Əməyin ən yüksək bölgüsü əqli və fiziki əməyin bölgü-
sündən ibarətdir.
Əqli istehsal mənəviyyatın, maarifin inkişafına,
biliklərin artmasına, azadlığın genişlənməsinə və siyasi tək-
milləşməyə nə qədər çox kömək göstərirsə, maddi sərvət də bir o
qədər geniş olur. Əksinə, maddi istehsal nə qədər çox sərvət
yaradarsa, əqli istehsal bir o qədər böyük uğurlar qazanır.
Bu mövzuda 2ci təqdim olunan nəzəriyyə Veblenin
instiklər nəzəriyyəsidir. Veblenə görə ictimai quruluşun təkamülü
sosial təsisatların təbii seçimi prosesindən ibarət olmuşdur.
Təsisatlar insanların həyatda rəhbər tutduqları adət edilmiş təfək-
kür tərzidir. Bu, üstünlük təşkil edən mənəvi mövqe olub geniş
yayılmış xarakter tipinə uyğundur. Təsisatlar keçmişdə
baş vermiş
proseslərin nəticəsi olduğuna görə ictimai inkişafın mühafizəkar
amilidir. Hər bir sosial birliyi istehsal mexanizmi və ya iqtisadi
26
edilməyə başlanır. Saxta elmi və saxta bədii savad, eləcə də cə-
miyyətin tərəqqisinə birbaşa dəxli olmayan hadisələrdən xəbərdar
olmaq veyilliyin göstəricisi sayılır. Veyil sinfin meydana gəlməsi
mülkiyyətin yaranması ilə eyni vaxta təsadüf edir. Mülkiyyətin
əsasında dayanan motiv rəqabətdir. Sərvət sahibi olmaq insana
şan-şöhrət gətirir, şan-şöhrət insanları fərqləndirir və həsəd ob-
yektinə çevirir. Toplanmış maddi dəyərlər
qabiliyyətin hamılıqla
qəbul edilmiş əlamətinə çevrilərək, hörmətin müstəqil əsası
xarakterini alır.
Veblen iqtisadi təsisatları iki kateqoriyaya – maliyyə və
istehsal kateqoriyalarına ayırmışdır. Bu, məşğuliyyət barəsində də
düzgün bölgüdür. Birinci kateqoriyaya mülkiyyətə sahib olmaqla
və ya onu əldə etməklə bağlı məşğuliyyət, ikinci kateqoriyaya isə
məharətlə və ya istehsala aidiyyəti olan məşğuliyyət daxildir.
Məşğuliyyətin bu iki kateqoriyası tələb etdikləri qabiliyyət baxı-
mından bir-birindən xeyli fərqlənir. Məsələn, biznes sahəsində
hiyləgərlik uğur qazanılmasında əqli qabiliyyətdən daha vacib rol
oynayır. Pul rəqabəti ilə bağlı olan sahədə iqtisadi fəaliyyət
müəyyən vəhşilik xassələrini qoruyub saxlamağa meyillidir,
maddi istehsala bilavasitə aidiyyəti olan məşğuliyyət növləri isə
əks meyillidir. Müasir istehsalda işçinin rolu ilkin hərəkətverici
qüvvəyə
sahiblikdən fiziki hadisələrin tanınmasına və qiymətlən-
dirilməsinə, səbəb-nəticə əlaqəsi baxımından onların bir-biri ilə
uzlaşdırılmasına və nəticələrinin qabaqcadan görülməsinə çevrilir.
Dostları ilə paylaş: