“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   9   10   11   12   13   14   15   16   ...   76
document hrclubaz 217

yaradıcılıq  prosesi  kimi  anlamaq  lazımdır.  Bunun  sayəsində 
siyasi  təsisatların  rəsmi  səlahiyyətləri  labüd  olaraq  səpələnir. 
Siyasi  modernləşmə  fəal subsiyasət  mərkəzlərinin parlamentdən-
kənar  nəzarət  imkanlarını  təmin  edərək,  siyasəti  hakimiyyətdən 
məhrum  edir,  onun  sərhədlərini  silir  və  cəmiyyəti  siyasiləşdirir. 
Daha  elm  özünü  elə  göstərə  bilmir  ki,  guya  o,  ictimai  həyat 
şəraitini dəyişmir və deməli, öz vasitələri ilə siyasəti idarə etmir. 
Məsələn,  peşəkar  hakimiyyət  kimi  təbabət  əməli  olaraq  nəinki 
elmin  innovasiya  gücünə  malikdir,  həm  də  «tibbi  tərəqqi»  mə-
sələlərində  özü  üçün  parlament  və  hökumətdir.  Peşəkar  qrupun 
hakimiyyəti onun öz törətdiyi risklərdən mənfəət götürmək və öz 
fəaliyyət dairəsini daim genişləndirmək imkanında ifadə olunur.  
Bu  mövzuda  həmçinin  Kastelsin  informasiya  cəmiyyə-
tindən, İnozemtsovun postsənaye cəmiyyətindən bəhs edilir. Kas-
telsə  görə,  hər  bir  cəmiyyət  istehsal  üsulu  (kapitalizm,  kollekti-
vizm) və inkişaf üsulu (sənayeçilik, informasionalizm) ilə xarak-
terizə  olunur.  İnkişaf  üsulu    iqtisadi  artıqlığın  kəmiyyətini  və 


 
16 
keyfiyyətini  müəyyənləşdirərək  məhsul  yaratmaq  üçün  əməyin 
materiala təsir göstərdiyi texnoloji sxemdir. Hər bir inkişaf üsulu 
məhsuldarlığın  artırılması  üçün  fundamental  hesab  edilən 
elementlə  müəyyənləşir.    İnkişafın  yeni,  informasional  üsulunda 
məhsuldarlığın  mənbəyi  biliklərin  yaradılması,  informasiyanın 
işlənməsi  texnologiyasından  və  simvolik  kommunikasiyadan 
ibarətdir. İnkişafın informasional üsulu üçün spesifik cəhət biliyin 
məhsuldarlığın  başlıca  mənbəyi  kimi  biliyin  özünə  təsir  göstər-
məsidir.  Sənayeçilik  iqtisadi  artıma,  yəni  məhsul  buraxılışının 
maksimallaşdırılmasına,  informasionalizm  isə  texnoloji  inkişafa
yəni biliklərin toplanmasına və informasiyanın  işlənməsinin mü-
rəkkəbliyinin  daha  yüksək  səviyyələrinə  yönəlmişdir.  İnkişaf 
üsulu  bütün  sosial  davranış  sahəsini,  o  cümlədən  simvolik  kom-
munikasiyanı  formalaşdırır.  İnformasionalizm  bilik  və  informa-
siya texnologiyalarına əsaslandığından informasiya cəmiyyətində 
mədəniyyət  ilə  məhsuldar  qüvvələr  arasında  xüsusən  sıx  əlaqə 
vardır. 
İndiki texnoloji inqilab informasiyanın innovasiya ilə inno-
vasiyadan  istifadə  istiqamətləri  arasında  əks-əlaqə  ilgəyində 
yaradılması  ilə  xarakterizə  olunur.  Yeni  informasiya  texnologi-
yaları  təkcə  tətbiq  edilməli  alətlər  deyil,  həm  də  işlənib  hazır-
lanmalı proseslərdir. Texnoloji paradiqma qarşılıqlı surətdə bağlı 
olan texnoloji və idarəetmə innovasiyaları sistemidir ki, bunların 
da üstünlüyü investisiyaların strukturunun müəyyən dinamikasın-
dan ibarətdir. Yeni informasiya-texnoloji paradiqmanın aşağıdakı 
xarakteristikaları vardır: 
 
sadəcə, texnologiyaya təsir göstərilməsi üçün informasiya 
deyil,  informasiyaya  təsir  göstərilməsi  üçün  texnologiya  diqqət 
mərkəzindədir; 
 
yeni texnologiya effektlərinin hər şeyi əhatə etməsi – hə-
yat  fəaliyyətinin  bütün  prosesləri  yeni  texnologiyaların  təsiri 
altında formalaşır; 
 
münasibət sistemlərinin şəbəkə məntiqi çevikliyin qorunması 
ilə  bir  vaxtda  struktursuz  olanın  strukturlaşdırılması  üçün  lazımdır, 
çünki  struktursuz olan novatorluğun hərəkətverici qüvvəsidir; 


 
17 
 
çeviklik    təşkilatların  və  təsisatların  komponentlərini  ye-
nidən  qruplaşdırmaq  yolu  ilə  onları  əsaslı  surətdə  modifikasiya 
etmək olar; 
 
texnologiyaların konvergensiyası (qarşılıqlı nüfuz etməsi) 
informasiya  yaradılmasının  ümumi  məntiqindən  irəli  gəlir.  Bu 
məntiq  təbii  təkamüldə  daha  aşkar  görünür  və  informasiya  sis-
temlərində getdikcə daha tez-tez təqlid olunur.  
İnformasiya iqtisadiyyatı qlobaldır, çünki yeni tarixi şəraitdə 
məhsuldarlığın  yüksək  səviyyəsinin  əldə  edilməsi  və  rəqabətin 
mövcudluğu qarşılıqlı surətdə bağlı olan qlobal şəbəkə daxilində 
mümkündür.  Qlobal  iqtisadiyyat  bütün  planet  miqyasında  real 
vaxt  rejimində  vahid  sistem  kimi  işləməyə  qadirdir.  Onun 
xarakterik cəhətləri seqmentləşdirmə və dəyişkən həndəsə istisna 
olmaqla, qarşılıqlı asılılıq, asimmetriya, regionlaşma, artan diver-
sifikasiya,
 
seçmə  qaydasında  qoşulmadır.  İnformasiya  cəmiyyə-
tində muzdlu əmək sahəsinin azalması və əməyin sosiallaşmasının 
zəifləməsi  meyili  üzə  çıxır.  Yeni  sosial  və  iqtisadi  təşkilatlar 
menecmentin  əks-mərkəzləşdirilməsinə,  əməyin  fərdiləşdirilmə-
sinə  və  sifarişlə  hazırlanan  məhsullar  bazarının  formalaşmasına, 
bununla  da  əməyin  seqmentləşdirilməsinə  və  cəmiyyətin  fraq-
mentlərə bölünməsinə istiqamətlənmişdir. Əmək bölgüsünün yeni 
çevik  strukturu  gender  münasibətlərinin  daha  eqalitar  modelinin 
yaranmasına  kömək  göstərir.  Firmalardan,  şəbəkələrdən,  iş  yer-
lərindən, peşə və fərdi xarakteristikalardan asılı olaraq, iş vaxtın-
dan  istifadənin  müxtəlifliyi,  əslində,  hər  bir  işçinin  öz  vaxtını 
idarə etmək qabiliyyəti ilə məhdudlaşır. Bütövlükdə tam iş  günü 
ərzində məşğulluğa, dəqiq hədləri olan peşə mövqelərinə və kar-
yera pillələri ilə irəliləmə modelinə əsaslanan ənənəvi iş forması 
tədricən yoxa çıxır. 
İnozemtsovun 1998ci ildə nəşr olunmuş. «İqtisadi cəmiyyə-
tin hüdudlarından kənarda» adlı kitabında deyilir ki, İqtisadiyyata 
qədərki, iqtisadi və postiqtisadi cəmiyyətlərdə təcəssüm olunmuş 
fərdi maraqların bərabər tabeliyi sistemi sosiumların bu tiplərinin 
müqayisə  edilməsi  üçün  əsas  kimi  çıxış  edir.
 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin