12
öyrənən ümumiləşdirici ictimai elm olduğundan bütün ictimai
elmlərin − fəlsəfənin, psixologiyanın, hüquqşünaslığın və s. me-
tod və nailiyyətlərindən istifadə edir. Bunun sayəsində həmin
elmlərin nailiyyətləri informasiya iqtisadiyyatının inkişafına bir-
başa təsir göstərir. Müasir iqtisadi təfəkkürün liberal istiqaməti
çərçivələrində buna zidd olan bir meyil üstünlük təşkil edir.
Həmin meyil mürəkkəb sosial hadisələrin izahı və öyrənilməsi
zamanı sırf iqtisadi metodlardan istifadə edilməsində ifadə olunur.
Q.Bekkerin əsərlərində inkişaf etdirilmiş bu meyil
iqtisadi
imperializm kimi müəyyənləşdirilir. Məsələn, Q.Bekker siqaret
çəkməni aldığı həzzin intensivliyini öz ömrünü qısaltmaq hesa-
bına artırmağı qərara almış insanın rasional seçimi kimi nəzərdən
keçirir.
İnformasiya iqtisadiyyatının sənaye iqtisadiyyatı ilə
metodlarını müqayisə etsək aşağıdakı cədvəli ala bilərik:
Dostları ilə paylaş: