10
MOVZUNUN ĠZAHI
Hər bir digər elm kimi iqtisadiyyat da iki növ − xüsusi və
ümumi tədqiqat metodlarından istifadə edir. Xüsusi metodlardan
yalnız iqtisadiyyatda, ümumi metodlardan isə başqa elmlərdə
istifadə olunur. İqtisad elminin metodologiyasını təhlil etmək
üçün müasir elmlər sistemində iqtisadiyyatın yerini nəzərdən ke-
çirmək lazımdır. İnformasiya iqtisadiyyatının (sosioloji iqtisa-
diyyatın) əsas metodoloji prinsiplərini nəzərdən keçirək:
Şəxsi yanaşma. İnformasiya iqtisadiyyatının mərkəzi ob-
yekti nadir fərddir. Əsas diqqət insanların keyfiyyətlərinin oxşar-
lığına (sənaye iqtisadiyyatında olduğu kimi) deyil, müxtəlifliyinə
yetirilir.
Qrup yanaşması. Fərdlərin şəxsi keyfiyyətlərinin müxtə-
lifliyi onların sosial qruplar şəklində birləşməsinə səbəb olur. Bu
qruplar fərdiyyətçilik fəlsəfəsinə əsaslanan sənaye iqtisadiyya-
tında nəzərdən keçirilmir. Qrup yanaşması cəmiyyətin yek-
cinsliliyi haqqında mexanistik postulata ziddir.
Psixoloji yanaşma. Fərdin iqtisadi davranışının tədqiqi za-
manı onun şəxsi keyfiyyətləri sistemində mühüm rol oynayan
psixoloji xüsusiyyətləri nəzərə alınır. Sənaye iqtisadiyyatında bir
sıra baza postulatlarını əsaslandırmaq üçün fiziologiyanın yalnız
bəzi nəticələrindən istifadə olunur.
Buna misal kimi
Fehner qanu-
nunu göstərmək olar. Həmin qanuna görə, qıcıqlandırıcıya qarşı
reaksiyanın gücü qıcıqlandırıcı müəyyən zaman ərzində hər dəfə
təkrar edildikdə aşağı düşür. Bu qanundan Uilyam Cevons sənaye
iqtisadiyyatının çox mühüm postulatı olan azalan son faydalılıq
qanununu əsaslandırarkən istifadə etmişdir.
Dostları ilə paylaş: