“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə12/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   8   9   10   11   12   13   14   15   ...   76
document hrclubaz 217

 
Mövzunun izahı 
 
Bu mövzuda informasiya iqtisadiyyatının fəlsəfi əsaslarında 
məşhur  filosoflar  Aristotelin  rifah  haqqında,  Bergsonun  yaradıcı 
təkamül,  Vernadskinin  neosferası,  Frommun  humanitar  etikasın-
dan bəhs edilir. Zahiri nemətlər bir vasitə kimi hər hansı müəyyən 
məqsəd  üçün  yararlıdır,  ona  görə  də  bu  nemətlərin  həddi  vardır. 


 
14 
Zahiri  nemətlərin  artıqlığı  onların  sahiblərinə  hökmən  zərər 
gətirir.  Amma  mənəvi  nemətlərdən  hər  hansı  biri  nə  qədər  artıq 
olursa, bir o qədər fayda gətirir. Həyatda xoşbəxtlik həzzlərdə və 
fəzilətdə  ifadə  olunur-deyən  Aristotelin  bu  traktatinin  müasir 
informasiya erasında təhlili verilir, Berqsonun zaman və təkamül, 
intellekt  və  instinkt  müasir  sosiologiya  baxımından  izahı  verilir. 
Vernadskinin  biosfra  ilə  neosferanın  qarşılıqlı  inkişafı,  Fromun 
humanist  etikası  haqda  məlumat  verilir.  Mövcudluq  dixotomi-
yasını aradan qaldırmağın səmərəli üsulu insanın başqa insanlarla 
spontan  əlaqələr,  yəni  insanın  şəxsiyyətinə  zərər  vurmadan  onu 
dünya  ilə  bağlayan  əlaqələr  qurmasından  ibarətdir  söyləyən 
Frommun bu nəzəriyyəsi  müasir dövrdə əlaqələrin yaranmasında 
böyuk  rolu  ola  bilər.Burada  müasir  cəmiyyətin  sosioloji  kon-
sepsiyaları haqqında, xüsusi ilə, Helbreytin sənaye sistemi, Bellin 
postsənaye  cəmiyyəti,Tofflerin  3cü  dalğası,Bekin  risk  cəmiyyəti 
haqda məlumat verilir. 
        Müasir  dünyada  sərvətin  ictimai  istehsalı  daim  risklərin 
ictimai  istehsalı  ilə  müşayiət  olunur.  Sərvət  kimi  risklər  də  sinfi 
sxem  üzrə,  lakin  əks  ardıcıllıqla  bölüşdürülür:  ehtiyac  iyerarxik-
dir, smoq demokratikdir. İnsan onu gözləyən təhlükənin miqyası 
və təzahür formaları baxımından özgə  biliyindən asılıdır. Biliyin 
sosial və siyasi əhəmiyyəti artdıqca biliklərin əldə edilməsi (elm) 
və  bölüşdürülməsi  (kütləvi  informasiya  vasitələri)  üçün  kom-
munikativ vasitələr üzərində hakimiyyət də güclənir. Bu mənada 
risk  cəmiyyəti  elmin,  kommunikativ  və  informasiya  vasitələrinin 
cəmiyyətidir.  Risklərin  dəyişən  mahiyyəti  sayəsində  tamamilə 
yeni tələbat və deməli, bazarlar yaratmaq olar. Bek fərdiləşmənin 
üç məqamdan ibarət olan tarixdənkənar modelini təklif edir. Hə-
min  məqamlar  bunlardır:  ənənəvi  hökmranlıq  və  təminat  şəraiti 
mənasında  tarixən  yaranmış  sosial  formalardan  və  əlaqələrdən 
azadolma  («azadolma  aspekti»),  səmərəli    bilik,  əqidə  və  qəbul 
olunmuş  normalar  baxımından  ənənəvi  sabitliyin  itirilməsi 
(«möcüzəsizləşmə aspekti») və sosial inteqrasiyanın yeni növünə 
(«nəzarət və reinteqrasiya aspekti») keçiddir. Bekin fikrincə, fər-
diləşmə  həyat  tərzinin  bütün  aspektlərində  bazar  asılılığı 


 
15 
deməkdir, o, insanları  silk  və ailə strukturlarına  məlum  olmayan 
kənardan  idarəetmənin  və  kənardan  standartlaşdırmanın  haki-
miyyəti  altına  verir.  Əmək  bazarı  şəxsi  xüsusiyyətləri  nəzərə 
almadan mobillik tələb edir. Risklər cəmiyyətində elm və siyasət 
bir-birinə  nüfuz  edir.  Elm  həqiqətin  sosial  cəhətdən  məcburi 
müəyyənləşdirilməsi  üçün  getdikcə  daha  zəruri,  eyni  zamanda 
yetərsiz olur. Cəmiyyət təhlükəli vəziyyətləri nə qədər aydın dərk 
edirsə,  siyasi  fəaliyyətə  məcburetmə  bir  o  qədər  güclü  olur  və 
sivilizasiyanın  elmi  yolla  yaradılmış  «tabu  cəmiyyəti»nə 
çevrilməsi təhlükəsi bir o qədər böyük olur. Elmlər tabu dağıdıcısı 
kimi əzəli mövqeyini saxlamaq gücündə deyildirlər, üstəlik, onlar 
bu  mövqeyə  zidd  olan  tabu  konstruktoru  rolunu  qismən  öz 
öhdələrinə  götürməyə  məcburdurlar.  Risk  zonalarında  səbəblərin 
təhlili sənaye istehsalı zonalarında operativ müdaxilə üçün siyasi-
elmi  skalpeldir.  Risklər  cəmiyyətin  özünüsiyasiləşdirməsinin 
hərəkətverici  qüvvəsinə  çevrilir;  bu  zaman  «siyasət»in  anlayışı, 
yeri  və  vasitələri  dəyişir.  İstər  proqramın  tərtibini  və  həll  yolla-
rının  axtarışını,  istərsə  də  onların  reallaşdırılmasını  kollektiv 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin