33
məsrəfləri və faiz dərəcəsini bir-birinə bağlayan kəmiyyət nisbə-
tini müəyyənləşdirir. Modelin ehtimalları aşağıdakılardır:
İki növ işçilər vardır: qabiliyyətlilər və qabiliyyətsizlər.
Qabiliyyətli işçinin təhsilinə il ərzində çəkilən məsrəflər
C
1
-ə,
qabiliyyətsiz işçi üçün müvafiq məsrəflər isə
C
2
-yə bərabərdir.
İşçinin təhsilinə çəkilən məcmu məsrəflər illik məsrəflər ilə təhsil
illərinin sayının hasilinə bərabərdir. Təhsil haqqı müəyyən
məqamda bütünlüklə verilir.
İşəgötürən işçilərin əmək haqqını onların təhsil müddətinə
uyğun müəyyənləşdirir. Hüdud səviyyəsindən yüksək təhsili olan-
lar digər işçilərlə
müqayisədə ∆w qədər artıq əmək haqqı alırlar.
İşçinin təhsili bitirdikdən sonrakı əmək stajı sonsuz böyük
qəbul edilir. Təhsil almaqla şərtlənən əmək haqqına illik əlavə
dəyişməzdir.
İllik faiz dərəcəsi dəyişməzdir və
i-yə bərabərdir (onluq
kəsirlə ifadə edilir);
İnsan təhsilə başlamaq barəsində qərarı bu şərtlə qəbul
edir ki, təhsil haqqının ödənildiyi məqamda diskontlanmış əlavə
gəlirlər axını təhsildə çəkilən məsrəflərin ümumi miqdarından çox
olsun.
Bu zaman təhsilin hüdud səviyyəsi −
E aşağıdakı nisbətə
uyğun gəlir:
1
2
iC
w
E
iC
w
.
İşəgötürən buradan təhsilin hüdud səviyyəsinin ixtiyari
qiymətini seçə bilər.
Bu mövzuda digər mühüm nəzəriyyə H. Spenserin təkamül
nəzəriyyəi olan sosial orqnizm nəzəriyyəsidir.Bu nəzəriyyəyə
görə Siyasi cisimlə canlı fərd arasında oxşarlıq vardır. Cəmiyyət-
lər dörd xüsusiyyətə görə fərdi orqanizmlərə yaxındırlar:
1. Onların da, o birilərin də
ölçüləri inkişaf prosesində
dəfələrlə böyüyür.
2. Onların quruluşu getdikcə daha
mürəkkəb olur. Sadədən
mürəkkəbə doğru bu proqressiv keçid canlı və cansız cisimləri
34
bir-birindən fərqləndirən xarakterik cəhəti təşkil edir.
3. Hissələrin
qarşılıqlı asılılığı getdikcə güclənir, nəhayət,
hər bir hissənin həyatı və fəaliyyəti başqa hissələrin həyatı və
fəaliyyəti ilə şərtlənir. İqtisadi
əmək bölgüsü ali heyvanların
orqanları arasında «əməyin fizioloji bölgüsünə» bənzəyir. Hər bir
insanın
rifahı hamının rifahı ilə getdikcə daha sıx bağlanır.
4. Orqanizmin (cəmiyyətin) həyatı və inkişafı onu təşkil
edən vahidlərin hər hansı birinin həyatından və inkişafından
asılı
Dostları ilə paylaş: