deyildir və bu vahidlərin mövcudluğundan qat-qat sürəklidir.
Orqanik və sosial cisimlərdən başqa, heç bir cisimdə tamın
bölünməzliyinin davam etdiyi bir şəraitdə hissələr bu cür fasiləsiz
sıradan çıxmır və əvəz edilmir.
Cəmiyyətlər ilə fərdi orqanizmlər arasında başlıca fərqlər
bunlardır:
cəmiyyətlərin spesifik zahiri formaları yoxdur;
fərdi orqanizmi əmələ gətirən canlı toxuma bütöv kütlə
təşkil etdiyi halda cəmiyyətləri təşkil edən canlı elementlər yer
səthinin müəyyən hissəsində geniş sahəyə səpələnmişlər;
fərdi orqanizmin canlı elementlərinin hər biri heç yerə
ayrılmadan əsasən öz yerində qalır, sosial orqanizmin elementləri
isə bir yerdən başqa yerə hərəkət etmək qabiliyyətinə malikdir;
heyvanın bədənində toxumaların yalnız müəyyən növünün
hissiyyatı vardır, cəmiyyətdə isə onun bütün üzvləri hissiyyata
malikdir.
Cəmiyyətdə məhsulların dövriyyəsi canlı orqanizmdə qan
dövranı ilə eyni rol oynayır. Hər bir hərəkət məlum qüvvə sərfini
nəzərdə tutur; qan bu sərfiyyatın əvəzini vermək üçün gərəkli
materialları gətirir ki, orqan inkişaf edə bilsin. Kommersiya işlə-
rində qazanc (mənfəət) adlandırılan şey canlı orqanizmdə qidanın
qüvvə sərfiyyatından artıqlığına uyğun gəlir. Dövriyyədə olan
qida maddələri kütləsi öz tərkibinə görə getdikcə daha müxtəlif
olur, tədricən onun tərkibində özlüyündə qida maddəsi olmayan,
amma qidalanma prosesini asanlaşdıran yeni element əmələ gəlir.
Fərdi orqanizmlərdə bu, qan kürəcikləri, sosial orqanizmdə isə
puldur. Bir çox ibtidai heyvanların qanında kürəciklər yoxdur,
35
sivilizasiyanın aşağı pilləsində olan cəmiyyətlərdə isə pul yoxdur.
Cəmiyyətdə idarəetmə sistemi heyvan orqanizmində əsəb
sisteminə bənzəyir. İnkişaf etməkdə olan orqanizmdəki ilkin əsəb
mərkəzi kimi, idarəedici təbəqənin başlıca xadimə çevrilən üzvü
də, adətən, əsəb sisteminin müəyyən üstünlüklərinə malik bir
insan olur. Necə ki, hər bir ayrıca mərkəzə yalnız bədənin məlum
hissələrindən gələn xüsusi stimullar sayəsində qıcıqlanmaq
xasdır, eləcə də hər bir ayrıca başçıya öz hərəkətlərində yalnız
şəxsi və zümrə maraqlarının təsiri altına düşmək xasdır. Yaxşı
beyində bu müxtəlif maraqlara uyğun gələn arzular elə tarazlaşır
ki, həmin arzuların səbəb olduğu hərəkət tərzi onların heç birini
başqaları naminə qurban vermir. Yaxşı parlament sayılan parla-
mentdə partiyalar elə tarazlaşır ki, onların məcmu qanunvericiliyi
hər bir zümrəyə o biri zümrələrin hüquqları ilə bir araya sığan
qədər hüquq verir. Canlı orqanizmin proqressiv təkmilləşməsi cə-
miyyətdəki əlaqə vasitələrinə bənzər əsəb tellərinin əmələ gəl-
məsində təzahür edir.
Cəmiyyətin tərəqqisi üzvi aləmin qanunları ilə eyni qanunlar
əsasında həyata keçir. Hər iki halda diferensiallaşmalar sırası
vasitəsi ilə sadədən mürəkkəbə doğru inkişaf baş verir. Yekcinsin
müxtəlif cinsliyə çevrilməsi tərəqqinin mahiyyətini təşkil edir.
Çoxsaylı hisslərə, instinktlərə, qüvvələrə və qabiliyyətə, quru-
luşca daha mürəkkəb xüsusiyyətlərə və ləvazimata malik olmaq
hər hansı başqa növ məxluqlardan daha kəskin fərqlənmək, daha
aydın fərdiyyət göstərmək deməkdir. İnsana aid işlərdə bütün
dəyişikliklər həmin qabiliyyətin daha da inkişaf etməsinə gətirib
çıxarır: onu fərdiləşməyə can atmaq adlandırmaq olar. Tərəqqi
barədə teleoloji (müəyyən bir məqsədin mövcudluğunu nəzərdə
tutan) anlayış yanlışdır. Həmin anlayışa görə, yalnız o dəyişik-
liklər tərəqqi sayılır ki, onlar insanın xoşbəxtliyinə birbaşa və ya
dolayı kömək göstərir. Uşağın əqli inkişafını, adətən, onun çox
sayda faktları və qanunları dərk etməsində görürlər, halbuki hə-
qiqi inkişaf o daxili dəyişikliklərdən ibarətdir ki, onlar idrakın art-
masında ifadə olunur. Düzgün başa düşülən tərəqqi sosial orqa-
nizmin quruluşundakı o dəyişikliklərdir ki, onlar bu nəticələri
36
şərtləndirirlər. Həmin dəyişikliklərin mahiyyətini tədqiq etmək,
həm də onları kiminsə maraqlarından asılı olmayaraq nəzərdən
keçirmək lazımdır. Mövzuda həmçinin Dyurkgeymin orqanik
həmrəylik və Nelson və Uinterin firma nəzəriyyəsi kimi təkamül
nəzəriyyələri haqda da qisa məlumat verilir və bildirilir ki,
Dostları ilə paylaş: |