“Informasiya İqtisadiyyatı”


təkamül nəzəriyyələrində ictimai optimum konsepsiyasına yer



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə23/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   19   20   21   22   23   24   25   26   ...   76
document hrclubaz 217

təkamül nəzəriyyələrində ictimai optimum konsepsiyasına yer 
yoxdur.  Bu  nəzəriyyədə  mərkəzi  yeri  belə  bir  ideya  tutur  ki, 
cəmiyyət eksperimentlər aparmaqla  məĢğul olmalıdır, ekspe-
rimentlərdən  alınan  informasiyaya  və  əks  əlaqəyə  iqtisadi 
sistemin  təkamül  istiqamətinin  müəyyənləĢdirilməsi  zamanı 
baĢlıca diqqət yetirilməlidir.  
Mövzuda digər baxış tranzaksiya nəzəriyyələrinin təhlilidir. 
Bu  baxımdan  Kouzun  firma  nəzəriyyəsi  və  Stilerin  informasiya 
axtarışı  nəzəriyyələri  maraqlıdır.Kouza  görə  firmanın  optimal 
ölçüsü aşağıdakı amillərlə müəyyənləşir: 
 
İdarəetmə resursundan mənfəətin azalması. Həyata keçiri-
lən  transaksiyaların  sayı  çoxaldıqca  sahibkar  resurslardan  ən 
yüksək fayda ilə istifadə edə bilmir, ona görə əlavə transaksiyanın 
təşkilinə  çəkilən  məsrəflər  arta  bilir.  Təşkil  edilən  transaksiyalar 
çoxaldıqca sahibkarın səhvlərinin sayı nə qədər ləng artırsa, firma 
bir o qədər böyük olur.  
 
Təşkilat məsrəfləri və onların təşkil edilən transaksiyaların 
sayından  asılılığı.  İstehsal  amillərini  məkanca  yaxınlaşdırmağa 
imkan  verən  ixtiralar  firmanın  ölçülərinin  böyüməsi  meyilini 
yaradır.  Məkanın  qət  edilməsinə  çəkilən  məsrəfləri  azaldan  tele-
fon və teleqraf kimi yeniliklər də firmanın ölçülərinin böyüməsinə 
şərait yaradır.  
 
İstehsal  amillərinin  qiymətləri  və  onların  firmanın  ölçü-
sündən  asılılığı.  Əmək  bazarında  inhisarçı  firmanın  böyüməsi 
əmək haqqı dərəcəsinin o qədər çox artmasına gətirib çıxara bilər 
ki, firmanın bundan sonra böyüməsi məqsədəuyğun olmaz.  
Stiqlerə  görə  isə  inkişafin  əsası  axtarış  prinsiplərindədər. 
Stiqler  informasiyanı  təsərrüfatçılıq  subyektlərinin  qazancı 
maksimallaşdırmaq    üçün  istifadə  etdikləri  spesifik  resurs  kimi 
nəzərdən  keçirir.  Subyekt  axtarış  nəticəsində  informasiya  əldə 


 
37 
edir,  bu  zaman  sərf  olunmuş  vəsaitlər  isə  xüsusi  növ  transaksiya 
məsrəfləri  –  axtarış  məsrəfləri  sayılır.  «İnformasiya»  resursunun 
dəyəri  həmin  məsrəflərin  miqdarına  bərabərdir.  Stiqler  minimal 
məsrəflərlə müəyyən miqdarda əmtəə əldə etmək məqsədi güdən 
alıcını  təsərrüfatçılıq  subyekti  kimi  nəzərdən  keçirir.  Satıcılar 
əmtəəni alıcıya əvvəlcədən məlum olmayan müxtəlif qiymətlərlə 
təklif edirlər. O, ardıcıl surətdə satıcıları tələb etdikləri qiymətlər 
barəsində sorğu-sual edir və sorğu-sual etdiyi satıcıların sayı art-
dıqca, ona məlum olan minimal qiymət azalır. Axtarış nəticəsində 
əldə edilən qənaət, alınan əmtəənin başlanğıc və minimal qiymət-
ləri arasındakı fərq ilə onun həcminin hasilinə bərabərdir. Axtarış 
nəticəsində  əldə  edilən  fayda  qənaətin  miqdarı  ilə  axtarış  məs-
rəflərinin fərqinə bərabərdir. Axtarışın optimal həcmi və ya sorğu-
sual  edilən  satıcıların  optimal  sayı  alıcının  maksimal  faydasına 
uyğundur. 
 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin