30
çıxış edir. Əgər firma sonradan başqa iş yerinə keçmiş işçinin
xüsusi hazırlığının haqqını ödəmişdirsə, onun çəkdiyi əsaslı məs-
rəflərin bir hissəsi itəcəkdir, çünki gələcəkdə firmaya heç bir
fayda gətirə bilməyəcəkdir. Eynilə bunun kimi, xüsusi hazır-
lığının haqqını ödədikdən sonra işdən azad edilən işçi bu hazır-
lıqdan gələcəkdə fayda götürə bilməyəcək və kapital itkisindən
əziyyət çəkəcəkdir. İşçinin xüsusi hazırlığına qoyulan inves-
tisiyalarda firmanın payı nə qədər böyük olarsa, işçi işdən azad
edilərkən firmanın itkiləri bir o qədər çox olar. Əksinə, işçinin
məsrəflərinin payı nə qədər böyük olarsa, işdən azad edilərkən
onun itkiləri bir o qədər çox olar və işçi firmaya bir o qədər
möhkəm «bağlanar».
Dostları ilə paylaş: