İnformasiya təhlükəsizliyi anlayışı


Elektron imza. Gücləndirilmiş elektron imza



Yüklə 125,56 Kb.
səhifə12/13
tarix06.12.2022
ölçüsü125,56 Kb.
#72695
1   ...   5   6   7   8   9   10   11   12   13
İnformasiya təhlükəsizliyi anlayışı

Elektron imza. Gücləndirilmiş elektron imza
"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununda aşağıdakı təriflər verilir:
Elektron imza − digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir.
Gücləndirilmiş elektron imza − imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır.
Beləliklə, elektron imza yalnız bir funksiyanı həyata keçirir – imza sahibini müəyyən edir. Gücləndirilmiş elektron imza isə imza sahibini identikləşdirməklə yanaşı, imzalanan məlumatın tamlığına da nəzarət edir.
Praktikada gücləndirilmiş imza rəqəmsal imza alqoritmlərinin köməyi ilə həyata keçirilir. Rəqəmsal imza adətən asimmetrik kriptoqrafiyaya əsaslanır. Rəqəmsal imza iki alqoritm ilə realizə edilir: rəqəmsal imzanın yaradılması alqoritmi və rəqəmsal imzanın yoxlanılması alqoritmi. Rəqəmsal imza alqoritmlərinə misal olaraq RSA, DSA, ECDSA, ElGamal, Şnorr, QOST R 34.10-2001 və s. alqoritmlərini göstərmək olar.
Açıq açar sertifikatı. Sertifikat xidmətləri mərkəzləri
Asimmetrik kriptoqrafiya metodlarından istifadə etdikdə (istifadəçi, açıq açar) cütünün həqiqiliyinə zəmanət tələb olunur. Bu məsələnin həlli üçün rəqəmsal sertifikatdan istifadə edilir. Rəqəmsal sertifikat xüsusi sertifikat xidmətləri mərkəzləri tərəfindən verilir.
"Elektron imza və elektron sənəd haqqında" Qanunda rəqəmsal sertifikatlara aid aşağıdakı təriflər verilir:
Sertifikat – imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətləri mərkəzinin verdiyi kağız və ya elektron sənəd;
Təkmil sertifikat – akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində verilən sertifikat;
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi tabeliyində Milli Sertifikat Xidmətləri Mərkəzi fəaliyyət göstərir. Mərkəzin strukturu, funksiyaları və Mərkəzdən sertifikatların alınması haqqında geniş məlumatı http://e-imza.az/ saytından əldə etmək olar.
Sertifikatda aşağıdakı verilənlər olur: sertifikatın seriya nömrəsi; sertifikatın sahibinin adı; sertifikatın sahibinin açıq açarı; sertifikatın fəaliyyət müddəti; elektron imza alqoritminin identifikatoru; sertifikat xidmətləri mərkəzinin adı və s. Sertifikat onu verən sertifikat xidmətləri mərkəzinin rəqəmsal imzası ilə təsdiq edilir.
Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinə vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatlarının daxil edilməsi nəzərdə tutulur.

Yüklə 125,56 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin