İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 29 ____________________________
nəticəsində əmələ gələn) informasiya xarakterli siqnalın
modulyasıya olunması nəticəsində radioşüalanması;
Texniki vasitələrin tətbiqi nəticəsində əmələ gələn
radioşüalanma (və ya elektrik siqnalı), mühafizə edilən
binalarda quraşdırılmış xüsusi elektron qurğular vasitəsilə
danışıq informasiyasının tutulması, informasiya xarakterli
siqnalın modulyasıya olunması;
Texniki vasitələrin tətbiqi nəticəsində əmələ gələn
radioşüalanmanın (və ya elektrik siqnalının) tutulması,
rabitə kanalına qoşulmuş texniki vasitələrin köməyilə
informasiyanın təhlil edilməsi;
Telefon və radio danışıqlarına qulaq asılması;
Kompüterin ekranında və digər əks etdirici qurğularda
informasiyaya baxışın keçirilməsi, kağız üzərində olan və
ya digər informasiya daşıycılarına yazılmış informasiyaya
optik cihazların köməyilə nəzarətin həyata keçirilməsi;
İnformasiya daşıyıcılarına və digər texniki qurğulara
yazılmış informasiyanın oğurlanması;
İnformasiyanın tutulması və ya texniki qurğulardan
istifadə etməklə informasiyanın oxunulmasına maneçiliyin
həyata keçirilməsi;
Nəzarət zonasına yaxın
nəqliyyat vasitələrindən
istifadənin məhdudlaşdırılması;
Şirkətlərə
məxsus
müştərək
binalardan
istifadə
edilməsinin məqsədəuyğun olmaması;
Şirkətin (müəssisənin) binalarına kanar şəxslərin daxil
olması;
Avtomatlaşdırılmış
sistemlərdə,
həmçinin
avtomatlaşdırılmış texniki vasitələrdə istifadə olunan
informasiyanın qeyri-qanuni yolla əldə edilməsi.