POZUCUNUN QEYRİFORMAL MODELİ Pozucu – səhv olaraq qadağan olunmuş əməliyyatı yerinə
yetirməyə cəhd edən, bilmərəkdən və ya düşünülmüş şəkildə,
pis niyyətlə (və ya tamah məqsədi ilə) və yaxud həzz almaq
üçün (özünü kiməsə göstərmək xatirinə) və s. bu hərəkətləri
yerinə yetirmək üçün müxtəlif imkanlar axtaran, üsullar və
vasitələrdən istifadə edən şəxsdir.
Bədəməl – düşünülmüş şəkildə tamah məqsədi ilə
pozuculuq hərəkətlərini yerinə yetirən şəxsdir.
Avtomatlaşdırılmış informasiya sistemlərində informasiya
təhlükəsizliyinin ehtimal olunan mənbəyini müəyyən etmək
üçün və informasiyaya ediləcək hədələrin məsuliyyət dərəcəsini
aydınlaşdırmaqdan ötrü
pozucunun qeyriformal modeli qurulur.
Model pozucunun potensial imkanlarını və nəyə qadir
olduğunu, görəcəyi işin vaxtını və yerini, vuracağı (yetirəcəyi)
ziyan üçün istifadə edəcəyi avadanlıqları və s. əks etdirir.
Pozucunun modeli özünə aşağıdakı fərziyyələri daxil edir:
1.
Pozucunun mənsub olduğu şəxslər: Sistem istifadəçiləri,
xidmətedici
personallar,
avtomatlaşdırılmış
informasiya
sistemlərinin yaradıcıları, təhlükəsizlik xidmətinin əməkdaşları,
rəhbərlər – bunları şirkət daxili pozucular adlandırmaq olar;
müştərilər, seyrçilər (görüşə gələnlər), rəqiblər, təsadüfi
adamlar – bunları şirkətdən xaric pozucular adlandırmaq olar.
2.
Pozuculuq işlərini yerinə yetirdiyi anlara görə. Əsas üç
dəlil (səbəb, motiv) nəzərə alınır:
məsuliyyətsizlik, tamahkarlıq
və
özündənrazı. Məsuliyyətsizlik olanda şəxsin pis niyyəti
olmadan ehtiyatsızlıq və ya səriştəsizlik etməsi nəticəsində
pozuculuq işləri həyata keçir. Şəxs (pozucu) özündənrazı
olanda güya ki, avtomatlaşdırılmış idarəetmə sistemindən daha
yaxşı müəyyən işləri özü həyata keçirəcək deyə sistemin işini