İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 32 ____________________________
müəyyən dərəcədə subyektiv prosesdir. Proses adətən özündə
mümkün pozucuların simasını, yəni öndə göstərilən simalarını
cəmləşdirir. Pozucunun qeyriformal modelinin qurulması
informasiya
təhlükəsizliyinin
baş
vermə
səbəblərini
aydınlaşdırmağa imkan verir. Bununla yanaşı modeldən istifadə
etməklə pozulmanın cari növlərinin aradan qaldırılması üçün
müdafiə sisteminin təkmilləşdirilməsini həyata keçirmək
mümkün olur.
DÖVLƏT SƏVİYYƏSİNDƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ
İnformasiya təhlükəsizliyi sahəsində hazırlanmış doktrina
(elmi, fəlsəfi və ya siyasi nəzəriyyə) əsasında Rusiya
Federasiyasının normativ-hüquqi aktı 9 sentyabr 2000-ci ildə
prezidentin qərarı ilə təsdiq edilmişdir.
İnformasiya təhlükəsizliyi doktrinası özündə qoyulmuş
məqsədə və məsələlərə rəsmi baxışı, Rusiya Federasiyasının
informasiya təhlükəsizliyi təminatının və prinsiplərinin əsas
istiqamətlərini birləşdirir. Bu baxış Rusiya Federasiyasının
informasiya təhlükəsizliyi baxımından milli Konsepsiyasını
informasiya sahəsində inkişaf etdirdi.
Konsepsiya aşağıdakıların həyata keçirilməsinə qulluq
edir:
Rusiay Federasiyasında informasiyanın təhlükəsizliyi
sahəsində Dövlət siyasətinin formalaşmasının təmin
edilməsi;
Rusiya Federasiyasında informasiya təhlükəsizliyi
sahəsində təşkilatı, elmi-texniki, metodiki, hüquqi
baxımdan təkmilləşdirmə təkliflərinin hazırlanması;
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 33 ____________________________
Rusiya Federasiyasında informasiya təhlükəsizliyi
sahəsində məqsədli proqram təminatın hazırlanması.
Rusiya
Federasiyasında
informasiya
təhlükəsizliyi
sahəsində dövlətin, hökumətin və şəxsiyyətlərin maraqları
toplumunu müəyyən edən, informasiya mühitində milli
maraqlar baxımından təhlükəsizliyin təmin edən doktirinanın
qəbulu həyata keçirilir.
Rusiya
Federasiyasında
informasiya
təhlükəsizliyi
sahəsində qəbul edilmiş doktirina aşağıdakıları özündə təzahür
edir:
1.İnformasiya mühitində milli maraqlar və onların təmin
edilməsi;
2.Dövlət siyasətinin bu sahədə dəstəklənməsi;
3.Müasir informasiya texnologiyalarının, dövlətdaxili
sənayenin, telekommunikasiya vasitələrinin və rabitənin,
hazırlanmış məhsulların dünya bazalarına çıxarılmasının və s.
inkişaf etdirilməsı;
4.Rusiya sərhədləri daxilində informasiya təhlükəsizliyinin
təmin edilməsi;
5.İnformasiya təhlikəsizliyinin təmin edilməsi üçün ümumi
metodların hazırlanması;
6.İctimai həyatda, müxtəlif sahələrdə informasiya
təhlükəsizliyinin xüsusiyyətlərini nəzərə almaqla bu sahənin
təminatının həyata keçirilməsi;
7.Müxtəlif
sahələrdə,
məsələn,
kredit-finans
sistemlərində,
dövlət
statistika
sahəsində,
icra
hakimiyyətlərində, iqtisdadiyyat sahəsində və s. informasiya
təhlükəsizliyinin təmin edilməsi;
8.Beynəlxalq əməkdaşlıq sahəsində, informasiyanın
toplanması, saxlanması, təhlili və müəyyən sahələrdə istifadə
edilməsi sahəsində, intellektual kartlardan istifadə olunmaqla
|