İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 83 ____________________________
Bununla yanaşı istifadəçinin çoxlu sayda açarları
idarəetmə problemi də ortaya çıxır. Əgər n sayda insan
məlumatı konfidensial şəkildə mübadilə edirsə, onda O(n
3
) açar
lazım gələcəkdir (n-1 açar hər bir şəxsə). Əgər qrup bir
açardan istifadə edəcəksə, onda informasiyanın kanara axması
bir şəxsin əli ilə olar və bütün qrupun adına yazıla bilər.
Bu problemlər XX əsrdə yeni sinif şifrələmə alqoritmlərinin
yaradılmasına səbəb oldu.
YOXLAMA TESTLƏRİ
1.Təsdiq edilmişlərdən hansının Pleyfeyr şlfrəsinə aid
olduğu düzdür?
A.Pleyfeyer şifrəsi monoəlifbalı şifrəyə aiddir;
B.Pleyfeyr şifrəsi dayaqlıq şifrəsinə aiddir;
C.Pleyfeyr şifrəsində şifrələmə vahidi biqrammdır;
D.Pleyfeyr şifrəsini izafə açar üsulundan istifadə etməklə
sındıranda onun zəif cəhətləri hansılardır.
2.Verilmiş 01010 məlumatını 011 açarlı 101 skrembleri ilə
şifrələyin.
3.Monoəlifbalı şifrələmənin əsas zəif cəhəti nədən
ibarətdir?
A.Çoxda böyük sayda olmayan açarlardan (izafə zəiflik)
istifadə edilməsində;
B.Şifrələnən mətn açıq mətnin statistik xüsusiyyətlərini
saxlayır;
C.Əgər iki mətn eyni açarla şifrələnərsə, onda şifrə
avtomatik olaraq aşkara çıxır;
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 84 ____________________________
D.Bədniyyətli şəxs kifayət qədər açıq və şifrələnmiş
nümunələrə malik olduqda açarı tapa bilər.
4.”КНИГА” sözünü 12 açarlı Qronsfeld şifrəsindən istifadə
etməklə şifrələyin.
5.”КНИГА” sözünü Sezar şifrəsinin köməyilə şifrələyin.
6.Hill şifrəsini sındırmaq üçün kriptotəhlilin hansı üsulu
daha effektivdir?
A.Seçilmiş mətn ilə təhlil;
B.Seçilmiş şifrələnmiş mətn ilə təhlil;
C.Seçilmiş açıq mətn ilə təhlil;
D.Məşhur açıq mətn ilə təhlil;
E.Ancaq şifrələnmiş mətn ilə.
7.Simmetrik şifrələmə nə anlamını verir?
A.İlkin məlumatın hər bir simvolunun (və ya simvollar
ardıcıllığının) digər simvolu ilə (və ya simvollar ardıcıllığı ilə)
əvəz edilən şifrələmə üsulu;
B.Eyni bir açar həm mətnin şifrələnməsində, həm də ki,
deşifrələnməsində istifadə edilir;
C.Mətnin şifrələnməsində bir açar, deşifrələnməsində
digər açar istifadə olunan şifrələmə üsulu;
D.Açardan istifadə olunduqda açıq mətnin simvolları
ardıcıllığını dəyişən şifrələmə üsulu.
8.Adaları çəkilən hansı şifrə ən etibarlı sayıla bilər?
A.Pleyfeyer şifrəsi;
B.Hill şifrəsi;
C.Birdəfəlik bloknot;
|