İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 86 ____________________________
yoxlanması), həmçinin müəlliflikdən imtina edilməsinin
mümkün olmaması anlamını verir.
İlk olaraq kriptoqrafiya informasiyanın
şifrələnməsi
üsullarını öyrənirdi. Ənənəvi olaraq kriptoqrafiya simmetrik
kriptosistem əmələ gətirir,
yəni bu sistemdən istifadə
etməklə şifrələnmə və ya şifrədən azad olma bir açarın
köməkliyi ilə həyata keçirilir. Bundan başqa müasir
kriptoqrafiya özündə assimmetrik kriptosistemi və elektron
rəqəmsal imza sistemini (ERİ), xeş-funksiyanı, açarlarla idarə
etməni, gizli informasiyanın alınmasını, kvant kriptoqrafiyanı
əks etdirir.
Kriptoqrafiya haqqında
verilmiş qanun abonentlərin
şantaj olunması və ya abonentin satın alınması, onun
aldanılması, mənzilinin və ya avtomobilinin açarının
oğurlanması, onun həyatını təhlükə altına alan hədələrin
həyata keçirilməsi, müdafiə edilən verilənlər bazasından
informasiya alarkən ona edilmiş təhlükə və s.
hallar baş
verdikdə subyektin müdafiəsi ilə məşğul olmur. Kriptoqrafiya
qədim elm sahələrindən biridir, onun yaranma tarıxı bir neçə
min illər əvvələ (təxminən 4 min il əvvələ) gedib çıxır.
Kriptoqrafiyadan istifadənin birinci dövründə (təxminən
3 min il əvvəl) şifrələnmə üçün monoəlifbadan (yazıda
istifadə edilən hərflərin digər hərflər və ya simvolar ilə əvəz
edilməsi) geniş istifadə olunurdu.
Kriptoqrafiyadan istifadənin ikinci dövründə (IX əsrdən
başlayaraq Yaxın Şərqdə dövrünün görkəmli alimi abu Yusif
Yaqub ibn İshaq əl-Kindi), XV əsrdən başlayaraq Avropada
(Leon Battista Albert - XX əsrin sonlarına kimi)
şifrələmə
üçün çoxəlifbalıqdan geniş istifadə edilməyə başlanıldı.
Kriptoqrafiyadan istifadənin üçüncü dövründə (XX əsrin
başlanğıcı və XX əsrin ortalarına kimi) şifrələmə