İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 135 ____________________________
işlədiyi müəssisənin bank hesabına küllü miqdarda para
yatırtmaq istədiyini bildirir və bunu edə bilməməsinin səbəbini
tutarlı səviyyədə aydınlaşdırır”. Səbəb kimi
kompüterinə virusun
düşdüyünü bəhanə edən bədniyyətli insan istifadəçidən parol
olan faylı soruşur və parolu əldə edərsə (bəzi hallarda əldə edə
bilir) məqsədini həyata keçirir.
İstənilən halda qanunu başa düşmək lazımdır: kənar
şəxsə parolu söyləmək qadağandır
və bu heç bir halda
bağışlanıla bilməz.
Qeyd etmək lazımdır ki, ancaq müstəsna hallarda,
məsələn məhkəmə və ya hüquq mühafizə orqanları parolu
tələb edərsə və buna məsuliyyət daşıyarlarsa,
onda parolu
sənədləşmə aparmaqla həmin təşkilatlara vermək olar. Bu
halda da tam əmin olmaq lazımdır ki, parol təqdim edilən orqan
işçiləri parolu almağa səlahiyyətlidirlər.
FİŞİNQ
Fişinq parolun təsadüfi İnternet istifadəçisi tərəfindən
“aldadılıb alınması” prosedurudur.
Adətən fişinq istifadəçini
aldatmaqla ona məxsus olan paroloun “yalançı” saytlara
yerləşdirilməsi ilə tamamlanır.
QEYD
:
Fişinqdən istifadə texnikası 1987-ci ildə ətraflı
şəkildə nəşr olunan jurnalların birində verilmişdir. Termin isə
ilk dəfə 2 yanvar 1996-cı ildə “Alit.online-service.America-
Online” yeniliklər qrupunda istifadə edilmişdir. Bəzi
mənbəələrdə isə terminin daha əvvəllər xakerlərin nəşr
etdikləri jurnallardan birində (“Xaker 2600” jurnalı
nəzərdə
tutulur) xatırlandığı barədə məlumat verilir.