İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 218 ____________________________
göndərilən verilənlər axınını
nəzarətdə saxlayan aparat
həllidir. Belə brandmayerin əsas vəzifəsi müəsisənin
daxili şəbəkəsinə icazəsiz daxil olmanın qarşısını
almaqdır.
Fərdi şəbəkələrarası ekran –
istifadəçinin kompüterinə
yazılmış proqramdır və ondan istifadə olunmasında əsas
məqsəd qeyriqanunu yolla ancaq bu kompüterə daxil
olmaların qarşısının alınmasıdır.
2.OSI modelinin səviyyəsindən asılı olaraq əlçatanlığa
nəzarət həyata keçirilir.
Şəbəkə səviyyəsində işləyənlər – süzgəcləmə əməliyyatı
göndərənin ünvanlarına
və qəbul edənin paketlərinə
(OSI modelinin transport səviyyəsində portların
nömrələri, administrator tərəfindən verilmiş statik
qanunlar) əsaslanmaqla baş verir;
Seans səviyyəsində işləyənlər - əlavələrarası
seans
işlənilir və TCP/IP xüsusiyyətlərini pozan paketlər
şəbəkəyə buraxılmır (belə paketlər
tez-tez pisniyyətli
məqsədlər üçün istifadə edilir, onlardan istifadə etməklə
resursların kopiyası alınır, TCP/IP protokolundan düzgün
istifadə etmədikdə pisniyyətli insanlar “sındırma”dan
istifadə edir, birləşmələrin qırılması və informasiyanın
yubanaraq göndərilməsi və buna bənzərlər baş verir);
Əlavələr səviyyəsində işləyənlər – göndərilən paketlərin
daxilində əlavə verilənlərə
əsaslanmaqla süzgəcləmə
əməliyyatı həyata keçirilir,
sazlamalara və informasiya
siyasətinə söykənməklə xoşagəlməyən və qorxulu
informasiyanın ötürülməsi bloklanır (qıfıllanır).
3.Aktiv
birləşmələrin
izlənməsindən
asılı
olaraq
aşağıdakılar yerinə yetirilir: