İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 239 ____________________________
düyünlərində yerləşən şəbəkə komponentləri arasında
mübadilə həyata keçirilir.
Şəbəkədə düyünlərin qarşılıqlı əlaqəsini təmin edən
ierarxik təşkil
olunmuş protokollar toplusu
kommunikasiya
protokolları yığımı (steki) adlanır. Texniki ədəbiyyatlarda
ISO/OSI modelinin ISO/OSI protokollar yığımından dəqiq
fərqlənməsi göstərilir. ISO/OSI modeli açıq
sistemlərin
konseptual sxemidir, ISO/OSI protokollar yığımı isə ISO/OSI
modeli ilə müəyyən edilən, yeddi səviyyənin qarşılıqlı
əlaqəsində iştirak edən protokolların konkret təsnif olunmasının
yerinə yetirilməsidir.
Kommunikasiya protokolları həm proqram, həm də aparat
baxımından tətbiq edilə bilərlər. Aşağı səviyyə protokolları
adətən proqram və aparat vasitələrinin kombinasiyası kimi,
yuxarı səviyyə protokolları isə proqram
vasitələri kimi tətbiq
edilir.
Şəbəkənin bir düyünündə yerləşən qonşu səviyyələrin icra
olunan protokollar modulu, dəqiq qanunlara əsaslanmaqla
məlumatların standart formatlanmasının
köməyilə bir-biri ilə
qarşılıqlı əlaqədə olmalıdırlar. Bu qaydaları (qanunları)
səviyyələrarası interfeys adlandırırlar. Səviyyələrarası interfeys
cari səviyyə ilə qonşu səviyyənin servislər toplumunu müəyyən
edir.
Ümumiyyətlə, protokol və interfeys yaxın anlamlar sayılır,
amma ənənəvi baxımdan isə şəbəkədə onlara fəaliyyətin
müxtəlif sahələri aid olunur. Protokollar
müxtəlif şəbəkələrdə
qarşılıqlı əlaqənin eyni səviyyədəki modulunu, interfeys isə bir
düyündə qonşu səviyyələrdə qarşılıqlı əlaqə qanunlarını
müəyyənləşdirir.
TCP/IP (Transmission Control Protocol/İnternet Protocol)
protokollar yığımı (steki) qlobal şəbəkə üçün yaradılmış