İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 237 ____________________________
hazırlanmış proqram təminatından
istifadə olunur ki, onun da
köməyilə verilənlər bir şəbəkədən digərinə ötürülür.
Qlobal
şəbəkə mürəkkəb şaxələnmiş struktura və bolluca (çoxlu
miqdarda) əlaqələrə malikdir. Marşrutlaşdırıcılar və şlüzlər
qlobal şəbəkələrdə verilənlərin ötürülməsi zamanı
optimal
axtarışı təmin edir və bununda nəticəsində məlumatlar axınının
maksimal sürəti əldə olunur. Lokal şəbəkələr arasında yüksək
sürətli rabitə kanalı optik-lifli kabellərdən
və ya peyk rabitə
kanalından istifadə edilməsi nəticəsində əldə olunur. Bəzi
hallarda şəbəkələr arasında əlaqəni yaratmaq üçün misdən
hazırlanmış telefon xətlərindən istifadə edilir.
İnternet şəbəkə texnologiyasından
istifadə etməklə
korporativ kompüter şəbəkələrinin qurulması üçün ən əvvəl
TCP/IP protokolundan istifadə edilməlidir.
Bu verilənlərin nəql
edilməsinə və Veb-texnologiyadan istifadəyə imkanlar yaradır.
ISO/OSI MODELİ VƏ TCP/IP PROTOKOLAR YIĞIMI
Kompüter şəbəkələrini yaradan zaman əsas məsələ
elektriki və mexaniki xarakteristikaya malik olan avadanlıqların
müştərək (bir yerdə)
işləməsinin təmin edilməsi, kodlaşdırma
və
verilənlərin
formatlanması
sisteminin
informasiya
təminatının (proqramlar və verilənlər nəzərdə tutulur)
uyuşanlığıdır. Bu məsələlərin həll edilməsi standartlaşdırma
sahəsinə aiddir. Kompüter şəbəkələrində standartlaşdırmanın
metodoloji əsasları qarşılıqlı əlaqəsi olan şəbəkə avadanlıqların
yaradılmasına çoxsəviyyəli yanaşmadır. Belə yanaşmanın
əsasını 1980-cı ildə Ümumdünya Standartlar Təşkilatı (ISO –
International Standards Organization) tərəfindən hazırlanmış
və təklif olunmuş texniki təkliflər təşkil edir. Bu baxımdan ISO