İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə164/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   160   161   162   163   164   165   166   167   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 247 ____________________________ 
Ethernet 10Base5 standartlarını təsdiq edir. İnformasiyanın 
etibarlı (səmərəli, əlverişli) şəkildə ötürülməsi üçün koaksial 
kabeldən, şəbəkənin düyünlərində isə transiverlərdən 
istifadə olunması nəzərdə tutulur. Ethernetin yaradılmasında 
növbəti addım 1990-cı ildə 10Base-T standartının 
yaradılması olur. Standartda informasiyanın ötürülmə mühiti 
kimi bir cüt ekranlaşmamış kabelin burulmasından 
(Unshielded Twisted Pair – UTP) istifadə olunurdu. 
Standartın arxitekturası “ulduz” topologiyasina əsaslanırdı. 
Topologiyada hər bir işçi stansiya toplanmış (konsentrasiyalı) 
məzkəz ilə əlaqə saxlayırdı. 
Devid Boqqs, Ron Kreyn və Bob Metkalf 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 248 ____________________________ 
Tokren Ring texnologiyası əvvəlcə IBM kompaniyası 
tərəfindən 1970-ci ildə işlənib hazırlanmışdır. 1985-ci ildə 
IEEE 802 komitəsi bu texnologiya əsasında IEEE 802.5 
standartını qəbul edir. Araşdırmalar göstərir ki, son vaxtlar 
IBM şirkətinin məhsulları Ethernet ailəsini texnologiyasına 
aid olan məhsullar üzərində hakim vəziyyət tutmuşdur (buna 
texniki dildə dominasiya deyirlər). Nəzərə almaq lazımdır ki, 
IBM şirkəti uzun müddət ərzində lokal şəbəkələrin 
qurulmasında Token Ring texnologiyasından bəhrələnmişdir. 
FDDI (ingiliscə Fiber Distributed Data Interface – 
Verilənlərin ötürülməsi üçün yararlı olan lifli-optik inyterfeys) 
– 200 kilometr məsafədə verilənlərin standart ötürülməsi 
üçün istifadə olunan lokal şəbəkədir. Standart Token Ring 
protokoluna əsaslanır. FDDI verilənlərin ötürülməsində 
böyük əraziyə malik olmaqla yanaşı bir neçə minlərlə 
istifadəçini də dəstəkləməyə qadirdir. Standart keçən əsrin 
80-cı illərində Amerikanın Milli Standartlar İnstitutu (ANSI) 
tərəfindən yaradılmışdır. Nəzərə almaq lazımdır ki, FDDI –nin 
indiki zamanda geniş yayılması nəticəsində (Ethernet və ya 
TokenRing ilə müqayisə etdikdə) özünə müəyyən sayda 
ardıcıllar toplaya bilmişdir, bu səbəbdən də FDDI interfeysə 
çəkilən xərclərin azalmasına nail olmuşdur. FDDI əksər 
hallarda lokal şəbəkəyə daxil olan sürətli kompüterlərin bir-
birilə birləşməsi vasitəsi kimi istifadə edilir. 
Fast Ethernet (FE) – Ethernet texnologiyasına 
əsaslanaraq kompüter şəbəkələrində verilənlər toplumunun 
standart ötürülməsinə verilən addır. Burada verilənlər 100 
Mbit/saniyə sürətlə ötürülür. Bəzi hallarda texnologiyanı 
100BASE-X kimi işarə edirlər (X – realizə variantını göstərir, 
məsələn, 100BASE-TX, 100BASE-FX və s.). 1992-ci ildə bəzi 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin