İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə161/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   157   158   159   160   161   162   163   164   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 244 ____________________________ 
verilənləri bazasının təsnifatı müəyyən olunmuşdur. MIB 
(Management İnformation Base) təsnifatı verilənlər bazası kimi 
məşhurdur. MIB o verilənlərin elementlərini müəyyən edir ki, 
onları idarə edici qurğular yaddaşlarında saxlayırlar və onlar 
üzərində əməliyyatların aparılması istifadəçi üçün əlçatandır.
Nəql səviyyəsində (Transport) TCP/IP stekində (həm də 
əsas səviyyə adlanır) TCP protokolu və UDP protokolu fəaliyyət 
göstərir. 
Ötürməni idarə edən TCP protokolu (Transport Control 
Protocol) sonuncu iki düyün arasında etbarlı informasiya 
mübadiləsi məsələsini həll edir. Protokolu bir çox hallarda 
“quraşdırılmış birləşmə” protokolu da adlandırırlar. Belə 
adlandırılmaya əsas səbəb odur ki, protokolun köməyilə əlaqə 
yaradan iki düyün bir-birinin arasında “müqavilə bağlayırlar” ki, 
verilənlər axınını öz aralarında dəyişəcək və dəyişdikləri 
verilənlər axınlarını idarə edəcəklər. TCP protokoluna uyğun 
olaraq göndərilən verilənlər çox da böyük olmayan paketlərə 
uyğun “kəsilir”, sonra hər bir paket elə bir şəkildə markalanır 
ki, həmin paketlər istifadəçinin kompüterinə daxil olduqda 
(markalanmaya uyğun) istifadəçi tərəfindən lazımi səviyyədə 
istifadə oluna bilsin. 
UDP istifadəçisinin deytaqram protokolu (User Datagram 
Protocol) tətbiqi paketlərin deytaqram üsulu ilə ötürülməsini 
təmin edir, yəni düyündən düyünə ötürülən informasiya bloku 
(paketi) təhlil edilir və asılı olmayan informasiya vahidi 
(deytaqram) kimi yayılır. Bu zaman UDP protokolu şəbəkə 
protokolu və çoxsaylı tətbiqi proseslər arasında birləşdirici 
həlqə funksiyasını yerinə yetirir. UDP protokolunun üstün 
cəhətlərindən əsası onun əlavələri ayırma “bacarığı”nın olması 
və informasiyanı əlavədən əlavəyə çatdırma imkanının 
olmasıdır. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin