İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə162/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   158   159   160   161   162   163   164   165   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 245 ____________________________ 
Şəbəkəarası qarşılıqlı əlaqə səviyyəsi (İnternet)
birləşməni qurmadan paketlərin komutasiya konsepsiyasını 
həyat keçirir. Bu səviyyənin əsas protokolu IP ünvan protokolu 
hesab olunur. Protokol əvvəlcə həm lokal, həm də ki, qlobal 
birləşdirilmiş çoxlu sayda lokal şəbəkələrdən ibarət olan 
şəbəkənin tərkibində paketlərin ötürülməsi üçün layihə 
edilmişdi. 
IP protokolunun məqsədi ondan ibarətdir ki, İnternet 
şəbəkəsinin hər bir istifadəçisi özünəməxsus unikal ünvana (IP 
ünvan) malik olsun. Bunsuz TCP - paketlərinin dəqiq işçi yerinə 
çatdırılması barədə söz söyləmək olmaz. Ünvan çox sadə 
şəkildə (dörd bayt ilə) göstərilir: məsələn, 185.47.39.14. 
IP ünvanın strukturu elə şəkildə qurulmuşdur ki, hər hansı 
TCP-paketi keçən hər bir kompüter göstərilən dörd rəqəm ilə 
paketin hansı yaxın “qonşu”ya göndərilməsini müəyyən edir, 
yəni paket göndərilən ünvanın informasiya alıcısına ən “yaxın” 
olmasını müəyyənləşdirir. Nəticədə TCP-paketlərinin müəyyən 
sayda ünvanlara göndərilməsi yerinə yetirilir. 
Nəzərə almaq lazımdır ki, “yaxınlıq” dedikdə coğrafi 
yaxınlıq nəzərdə tutulmur. Burada rabitə kanalının buraxma 
qabiliyyəti və əlaqə şərtləri hesaba alınır. Məsələn, müxtəlif 
qitədə yerləşən iki fərdi kompüter bir-biri ilə peyk əlaqəsi 
yaratdığına görə onları bir-birinə yaxın birləşmiş sayırlar, nəin 
ki, telefon xəttilə bir-biri ilə əlaqə saxlayan, iki qonşu şəhərdə 
yerləşən kompüterlər. 
Qeyd etmək lazımdır ki, hansı kompüterlər bir-birinə 
“yaxın”dır, hansılar uzaq məsafədə yerləşirlər, bu sualların 
hamısı marşrutlaşdırıcılar vasitəsilə həll olunur. Marşrutlaşdırıcı 
rolunu şəbəkənin düyün serverində qoşulmuş xüsusi kompüter, 
ya da ki, xüsusi hazırlanmış proqram oynaya bilər. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin