İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


ŞƏBƏKƏ TƏHLÜKƏSİZLİYİNƏ EDİLƏN HƏDƏLƏRİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə167/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   163   164   165   166   167   168   169   170   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
ŞƏBƏKƏ TƏHLÜKƏSİZLİYİNƏ EDİLƏN HƏDƏLƏRİN 
TƏHLİLİ
Eynicinsli olmayan şəbəkə mühitində kommunikasiyanın 
təşkil edilməsi üçün TCP/IP protokollar yığımından istifadə 
edilir. Protokollar yığımı müxtəlif növ kompüterlər arsında 
uyğunluğu həyata keçirir. Uyğunluq TCP/IP protokollar 
yığımının əsas üstünlüyüdür, odur ki, əksər kompüter 
şəbəkələri bu protokolları dəstəkləyirlər. Digər tərəfdən 
protokollar yığımı istifadəşiyə İnternetin resurslarından 
bəhrələnməyə imkan yaradır. 
TCP/IP öz populyarlığına görə şəbəkələrarası əlaqədə de-
fakto standartı hesab oluna bilər. Bununla yanaşı TCP/IP 
protokollar yığımının geniş yayılması onun bəzi zəif cəhətlərinin 
də üzə çıxmasına səbəb oldu. TCP/IP –nin yaradıcıları onun 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 253 ____________________________ 
müdafiə edilməsinə səbəb görmədilər. Odur ki, TCP/IP –nin 
əvvəlki 
verisyalarında 
təhlükəsizlik 
məsələlərinin 
həll 
olunmasına tələb olmadığı üçün onun realizə edilməsi zamanı 
müəyyən bağlılıq ortaya çıxdı. 
IP ŞƏBƏKƏLƏRİNİN TƏHLÜKƏSİLİK PROBLEMİ 
İnternet-texnologiyalarının 
populyarlığı 
şəxsi 
məlumatların, dövlət sirrlərinin, korporativ resursların və s. 
agah edilməsinə gətirib çıxardı. Xakerlər və digər pisniyyətli 
şəxslər şəbəkədə olan informasiya resurslarına müdaxilə 
etməklə onları daim qorxu altında saxlayırlar. Belə hücumlar 
günü-gündən artmaqla yanaşı həyata keçirilmə imkanlarına 
görə də o qədər də mürəkkəb olmur, rahat tətbiq edilir. Buna 
iki səbəb imkan yaradır. 
Birincisi, İnternetə daxil olanların sayının günü-gündən 
artması, milyonlarla kompüterlərin şəbəkəyə qoşulması, 
informasiya mübadiləsinin fasiləsiz olaraq yerinə yetirilməsi və 
s. bu kimi faktorlar xakerlərə imkan verir ki, qlobal miqyasda öz 
əməllərini həyata keçirsinlər, onları maraqlandıran sualları 
araşdırmaqla informasiya mübadiləsində iştirak etsinlər.
İkincisi, istifadəçilərin yaradıcılıq işlərində geniş istifadə 
olunan əməliyyat sistemlərinin sadəliyi və geniş yayılmasıdır. 
Bu faktor pisniyyətli insanın (xakerin) lazımi səviyyədə bilik 
sahibi olmasını tələb etmir, çünki əvvəllər xakerdən 
proqramlaşdırmanı və əməliyyat sistemlərini tutarlı səviyyədə 
bilmək tələb olunurdusa, indiki zamanda ona ancaq lazım olan 
saytın IP-ünvanını bilmək kifayət edir. Sadəcə olaraq mausun 
sol düyməsini sıxmaq və ziyanverici əməlləri hayata keçirmək – 
xakerin arzusunun həyata keçməsinə kifayətdir. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin