İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


Vəzifələrin və rolların bölünməsi



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə192/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   188   189   190   191   192   193   194   195   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

Vəzifələrin və rolların bölünməsi
. Öndə qeyd edilmiş 
məqsədin həyata keçirilməsi sözsüz ki, vəzifə sahiblərinin və 
şəbəkə istifadəçilərinin öhdəsinə düşür. 
Bölmə rəhbərləri təhlükəsizlik siyasətinin vəziyyəti barədə 
məlumatları istifadəçiyə çatdırmaqla yanaşı onların bir-biri ilə 
əlaqə yaratmalarına da cavbabdehlik daşıyırlar. 
Lokal şəbəkə administratorları şəbəkənin fasiləsiz 
işləməsini təmin etməklə bərabər təhlükəsizlik siyasətinin 
həyata keçirilməsi üçün lazım olan texniki tədbirlərin realizə 
edilməsinə cavabdehdirlər. Administratorların borcudur: 

Lokal şəbəkə avadanlıqlarının müdafiəsini təmin etsinlər 
və digər şəbəkələr ilə interfeys yaratsınlar; 

Operativ və effektiv şəkildə baş verənlərə, yavaş-yavaş 
azalan hədələrə reaksiya versinlər və servis 
administratorlarını 
müdafiənin 
pozulması 
barədə 
məlimatlandırsınlar; 

Şübhəli halları müəyyən etsinlər və gündəlik 
informasiyanı qeyd etməklə yanaşı fayl serverində baş 
verənləri təhlil etsinlər; 

Öz vəzifələrindən sui-istifadə etməsinlər; 

Zərərli proqram təminatından lokal şəbəkəni qorusunlar 
və zərərli kodu müəyyənləşdirməklə onu ləğv etsinlər

Fayl serverində saxlamaq şərti ilə informasiyanın surətini 
həmişə əldə etsinlər; 

Şəbəkədə 
aparat-proqram 
dəyişikliklərini 
həmişə 
izləsinlər; 

Şəbəkə resurslarına əlçatanlıq üçün identifikasiya və 
autentifikasiya prosedurlarının yerinə yetirilməsinə 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 287 ____________________________ 
təminat versinlər və istifadəçini qeydiyyat formasını 
doldurmaq üçün parol ilə təmin etsinlər

Lokal şəbəkənin etibarlı işləməsini həmişə yoxlasınlar və 
digər istifadəçilərin məlumatları əldə etmələrinə imkan 
verməsinlər. 
Servis administratorları konkret serverlərə cavabdehdirlər. 
Onlar təhlükəsizlik siyasətini rəhbər tutmaqla müdafiənin təşkil 
edilməsinə məsuliyyət daşıyırlar. Onlar borçludur: 

Xidmət edilən obyektlərə istifadəçilərin daxil olmasını 
idarə etməyə; 

Operativ və effektiv şəkildə baş verənlərə, yavaş-yavaş 
azalan hədələrə reaksiya verməyə, hədələrin qarşısının 
alınmasına kömək etməyə, qayda pozucularını müəyyən 
etməklə onları cəzalandırmağa; 

Serverlərdə təhlil olunan informasiyanın surətini həmişə 
əldə etməyə; 

Qeydiyyatdan keçdikdən sonra istifadəşiyə parol 
verməklə yanaşı serverə daxil olma adını verməyə; 

Serverə aid olan informasiyanı gündəlik yoxlamağa və 
servisə ziyanverici proqram təminatının daxil olmasına 
maneçilik göstərməyə; 

Servisin etibarlı müdafdiə edilməsini mütəmadi 
yoxlamağa və qeyriqanuni istifadəçilərə servisdən 
istifadəyə üstünlük verməməli. 
İstifadəçilər təhlükəsizlik siyasətinə uyğun olaraq lokal 
şəbəkə ilə işləyir, təhlükəsizlik aspektinin ayrı-ayrı hissələrinə 
cavabdeh olan, əmrlər verən şəxslərin verdiyi əmrlərə tabe 
olur, 
rəhbərliyi 
şübhəli 
vəziyyətlər 
haqqında 
daim 
məlumatlandırırlar. 
İstifadəçilər 
aşağıdakıları 
yerinə 
yetirməlidirlər: 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin