İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə195/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   191   192   193   194   195   196   197   198   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 291 ____________________________ 
Yuxarı səviyyənin təhlükəsizlik siyasəti öz təsir dairəsini 
dəqiq 
müəyyənləşdirməlidir. 
Yuxarı 
səviyyəyə 
ancaq 
müəssisənin bütün kompüter sistemi deyil, həm də 
əməkdaşların evdə istifadə etdikləri kompüterlərin də 
qoşulması mümkündür. Bunun üçün yuxarı səviyyə siyasəti 
onların istifadə edilməsinin bəzi aspektlərini nizama salmalıdır. 
Bəzən elə bir vəziyyət yaranır ki, yuxarı səviyyənin təhlükəsizlik 
siyasəti dairəsinə ancaq daha mühüm sistemlər qoşulurlar. 
Yuxarı səviyyənin təhlükəsizlik siyasətində təhlükəsizlik 
proqramlarını işləyib hazırlayan məsul şəxslərin vəzifələri 
müəyyən edilməlidir, çünki bu şəxslər həmin proqramları 
həyaya keçirirlər. 
Yuxarı səviyyənin təhlükəsizlik siyasəti qanunaitaətli və 
intizama riayət edən üç aspekt ilə əlaqəlidir. Birincisi, müəssisə 
mövcud qanuna əməl etməldir. İkincisi, təhlükəsizlik 
proqramını işləyib hazırlayan məsul şəxsin fəaliyyəti nəzarətdə 
saxlanılmalıdır. Üçüncüsü, müəssisədə təltif etmə (və ya 
cəzalandırma) üsulundan istifadə etməklə personalın lazımi 
səviyyədə tapşırığı yerinə yetirmə intizamına riayət etməsi 
təmin edilməlidir. 
Orta səviyyə
. Bu səviyyədə müəssisə tərəfindən istismar 
olunan müxtəlif sistemlər üçün əsas sayılan təhlükəsizlik 
siyasəti informasiya təhlükəsizliyi ilə bağlı ayrı-ayrı aspektləri 
müəyyən edir.
Orta səviyyənin təhlükəsizlik siyasəti informasiya 
təhlükəsizliyinin hər bir aspekt üçün aşağıdakı momentləri 
müəyyən etməldir: 

Aspektin izahı – müəssisənin mövqeyi bəzən kifayət 
qədər ümumi şəkildə formalaşır, çünki müəssisə cari 
aspektdə bu məqsədlərin yerinə yetirilməsində 
maraqlıdır; 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin