İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə196/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   192   193   194   195   196   197   198   199   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 292 ____________________________ 

Tətbiq sahələri – təhlükəsizlik siyasətinin harada, nə 
vaxt, necə, kimə və nəyə münasibətdə tətbiq ediməsinin 
təsnifləşdirilməsini yerinə yetirmək; 

Vəzifələr və rollar – tərib olunmuş sənəd təhlükəsizlik 
siyasətinin həyata keçirilməsinə cavabdeh olan məsul 
şəxs haqqında informasiya daşımalıdır; 

Qadağa – təhlükəsizlik siyasəti qadağan olunmuş 
fəaliyyət haqqında ümumi formada izahata malik 
olmaqla yanaşı onu pozan haqqında cəzalari da 
göstərməlidir; 

Əlaqə nöqtəsi – müəyyən hadisələr baş verdikdə hara 
müraciət olunması aydınlaşdırılmalı, göstərilən yardım və 
əlavə informasiya izah edilməlidir. Adətən “əlaqə 
nöqtəsi” kimi məsul şəxs cavabdehdir. 
Aşağı səziyyə
təhlükəsizlik siyasəti konkret servisə 
əsaslanır. Səviyyə özündə iki aspekti birləşdirir – məqsəd və 
ona çatmaq üçün qanunları. Odur ki, onları realizasiya ilə bağlı 
suallardan ayırmaq çətindir. Öndə araşdırılan səviyyələrdən 
fəqli olaraq aşağı səviyyəli siyasət təvsilatı ilə baxılmalıdır, yəni 
səviyyə aşağıdakı suallara cavab verməldir: 

Servis tərəfindən dəstəklənən obyektlərə daxil olmağa 
kimin hüquqi vardır; 

Hansı şəraitdə verilənləri modifikasiya etmək (şəkilini 
dəyişmək) və oxumaq olar; 

Uzaqdan servisə daxil olma necə təşkil olunmuşdur. 
Aşağı səviyyənin təhlükəsizlik siyasəti tamlıq, əlçatanlıq və 
konfidensiallıq baxımından irəli gəlir və bu siyasət onların 
yerinə yetirilməsinə maneçilik etməməlidir. Ümumi halda servis 
bunlar arasında əlaqə yaratmalı və onlarsız fəaliyyət 
göstərməməlidir.


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 293 ____________________________ 
Məqsəddən aydın olur ki, təhlükəsizlik qanunlarına kim və 
hansı şəaitdə əməl etməlidir. Qanunlar nə qədər diqqətlə hissə-
hissə araşdırılarsa, bir o qədər də onların proqram-texniki 
baxımından yerinə yetirilməsini dəstəkləmək mümkündür. 
Adətən formal da olsa, obyektlərə əlçatanlıq qanunları təqdim 
olunur. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin