İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə199/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   195   196   197   198   199   200   201   202   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 297 ____________________________ 

İstifadəçinin istənilən informasiyanı onun kompüterində 
saxlandıqdan sonra müdafiə etməsi üçün məsuliyyət 
daşıması; 

İstifadəçiyə adi olmayan faylların, amma onlardan 
istifadə etməsinə icazəsi olduğu üçün oxumasına, 
surətinin almasına səlahiyyətinin olması; 

Veb-əlçatanlıq və elektron poçtdan istifadəyə icazə
imkanının verilməsi. 
Təhsil və dövlət müəssisələri üçün əlçatanlıq siyasəti 
sadəcə olaraq məcburidir. 
Əlçatanlıq siyasəti üçün xüsusi format yoxdur. Əlçatanlıq 
siyasəti yüksək ixtisaslı peşəkarlar tərəfindən servisə uyğun 
işlənib hazırlanmışdır. 
Uzaqlaşdırılmış əlçatanlıq siyasəti. Siyasətin məqsədi 
şirkətin şəbəkəsi ilə istənilən host arasında təhlükəsiz əlaqənin 
standart normalara uyğun yaradılmasıdır. Standart normalar 
şirkətin gördüyü işlər zamanı ona vurulacaq ziyanı minimuma 
endirmək üçündür. Ziyana şirkətin intellektual mülkiyyəti
şirkətin imicinin təhrif olunması, şirkətin daxilində baş verə 
biləcək çəkişmələr və s. aiddir. 
Siyasət bütün əməkdaşlara, mal göndərənə (tədarükçiyə), 
şirkətin agentlərinə, şirkətdə istifadə olunan kompüterlərə və 
ya işçi stansiyalara aiddir. 
Uzaqlaşdırılmış əlçatanlıq siyasəti aşağıdakıları yerinə 
yetirməlidir: 

Daxili şəbəkə ilə uzaqlaşdırılmış şəbəkənin birləşmə 
üsulunu müəyyən etməklə yanaşı qeyd etmək

Əhəmiyyətli olan iri şirkətdə şəbəkənin necə 
paylanmasını təyin etmək; 

Daxili resurslara əlçatanlıq üsulunun imkan daxilində 
paylanmasını təmin etmək. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 298 ____________________________ 
Uzaqlaşdırılmış əlçatanlıq siyasəti müəyyən etməlidir: 

Uzaqlaşdırılmış obyekt üçün hansı üsul icazə verilir

Uzaqlaşdırımış obyektin qəbul edəcəyi verilənlərin 
məhdudlaşdırılması; 

Kim uzaqlaşdırılmış obyektə malik ola bilər.
Müdafiə olunan obyekt ciddi şəkildə nəzarətdə 
saxlanılmalıdır. Nəzərə almaq lazımdır ki, yoxlamadan keçmiş 
insanlar informasiyaya malik ola bilərlər. Şirkətin əməkdaşları 
özlərinə məxsus logini və parolu heç kimə verə bilməzlər (hətta 
ailə üzvlərinə də). Uzaqlaşdırılmış obyektin idarə edilməsi sadə 
olmalı və istifadə zamanı səhv yaranmamalıdır. 
Əlçatanlığa nəzarəti birdəfəlik parol ilə yerinə yetirmək 
məsləhətdir. Bununla yanaşı istifadə edilən bütün avadanlıqlara 
müasir antivirus proqramı yüklənməlidir. Bu tələbat şirkətin 
fərdi kompüterlərinə də aiddir. 
Şirkətin istənilən əməkdaşı hazırki siyasəti pozduqda 
rəhbərlik tərəfindən cəzalandırılmalıdır (işdən azad edilə də 
bilər). 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin