İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə241/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   237   238   239   240   241   242   243   244   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 363 ____________________________ 
təcrübədə yoxlanıla bilməyən, mücərrəd mühakimələrə 
əsaslanan görüş) istəfadə olunmuşdur. Aristotelin baxışlarına 
əsaslanan Avropa sxolastikləri aprioru cisimlərin dərk 
edilməsi adlandırmışlar. 
Abu Əli Hüseyn ibn 
Abdulla ibn əl-Həsən ibn 
Əli ibn Sina
Abdul-Valid Məhəmməd ibn 
Əhməd əl-Kurtubi (ibn Ruşt 
kimi məşhurdur)
Aprior (latınca a priori – hərfi mənada “öndə 
gedəndən” anlamını verir) – təcrübəyə qədər və ondan asılı 
olmayan bilikdir (aprior bilik, biliyin aprioru). Fəlsəfi termin 
Kantın dərketmə və məntiq ilə bağlı əsərlərində özünə layiqli 
yer tutmuşdur. Terminin uzun keçid yolu olmuşdur və öz 
dövrünə uyğun olaraq müxtəlif mənalar daşımışdır.


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 364 ____________________________ 
Şəbəkədə qurğuların qarşılıqlı əlaqəsini təmin etməkdən 
ötrü onlar üçün 
start konfiqurasiyası (xarici görünüşü) 
“yaradırlar” və ümumi halda rabitə kanalından istifadə 
etməməklə “çatdırılar”. Start konfiqurasiyası qurğuların mərkəzi 
idarəedilməsini sazlamaq üçün lazım olan qaydalardır - 
qurğuların start təhlükəsizlik siyasətidir. 
Qlobal təhlükəsizlik siyasəti şəbəkədə qarşılıqlı əlaqə kimi, 
həm də ki, sistemin özünü idarəetməsi və nəzarət funksiyası 
kimi yayıla bilər. 
Qlobal 
təhlükəsizlik 
siyasəti 
şəbəkə 
miqyasında 
təhlükəsizlik siyasətinin tam şəkildə 
məntiqi və 
semantik 
izahıdır. Bununda əsasında ayrı-ayrı qurğuların təhlükəsizlik 
siyasəti qurula bilər. 
AÇIQLAMA

Semantika
yunanca 
qeyd etmə, 
göstərmə, işarə etmə anlamını verir və məna baxımından 
danışıq dilinin ölçülməsinin qiymətini öyrənir. Bu məqsədlə 
ləvazımat kimi semantik təhlildən istifadə edilir. XIX əsrin 
sonu, XX əsrin əvəllərində semantikanı bir çox hallarda 
semasiologiya (yunanca 
işarə, göstəriş) adlandırırdılar. 
Semantika ilə məşğul olan alimləri də indiki zamanda 
semasioloqlar adlandırırlar. Əksər sinif dil vahidlərinin 
qiymətlərini (məsələn, “hərəkət feillərinin semantikası”) 
semantika ilə işarələyirlər. 
Semantik problemlər uzaq keçmişdə fəlsəfi mənada 
araşdırılırdı. Termin fransız dilşunası (linqvisti) Mişel Breal 
(1832-1915) tərəfindən elmə daxil edilmişdir. 1910-1920-ci 
illərdə semantika məsələlərinin öyrənilməsi bir çox 
mütəxəssisləri özünə cəlb etmişdir. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin