İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 241 ____________________________
Əksər böyük şəbəkələr onlara məxsus olan trafiklərin
əsas hissələrini TCP/IP protokolu vasitəsilə ötürürlər;
Bütün müasir əməliyyat sistemləri TCP/IP stekini
dəstəkləyir.
Bunlarla yanaşı TCP/IP:
İnternet şəbəkəsinə daxil olmağa imkan verən üsuldur;
Həm nəqli altsistemi səviyyəsində, həm də ki, tətbiqi
servislər səviyyəsində müxtəlif xüsusiyyətli sistemlərin
birləşməsinə imkan verən çevik texnologiyadır;
İntranetin (korporativ şəbəkə, WWW texnologiyası,
İnternetin nəql olunma texnologiyası) yaradılması üçün
əsasdır;
Müştəri-server
əlavəsi
üçün
platformalar
arası
miqyaslaşdırlmış dayanıqlı mühitdir.
TCP/IP PROTOKOLLAR YİĞİMİNİN STRUKTURU
VƏ FUNKSİYALARI
Çoxsəviyyəli struktura malik olan TCP/IP yığımı açıq
sistemlərin qarşılıqlı əlaqə modeli OSI –nin meydana
gəlməsindən əvvəl yaradılmışdır. TCP/IP protokollar yığımının
strukturu 14 saylı şəkildə verilmişdir. TCP/IP protokollar yığımı
dörd səviyyədən ibarətdir: Tətbiqi (Application), nəqli
(Transport), qarşılıqlı şəbəkəarası səviyyə (İnternet) və şəbəkə
interfeysləri səviyyəsi (Network). Müqayisə üçün 14 saylı
şəkildə OSI modelinin yeddi səviyyəsi də verilmişdir. Nəzərə
almaq lazımdır ki, TCP/IP yığımının səviyyəsi ilə OSI modeli
səviyyəsi arasındakı uyğunluq şərtidir.
Tətbiqi səviyyəyə
(Application) çoxlu sayda protokollar
və servislər daxildir. Bunlara populyar olan FTP fayllarının
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 242 ____________________________
surətinin alınması protokolu, Telnet terminalının emulyasiya
protokolu, İnternet şəbəkəsində istifadə edilən elektron poçt
SMPT poçt protokolu, uzaqlaşdırılmış informasiyaya daxil
olmağa imkan verən hipermətn servisi, WWW başqaları
daxildir.
Şəkil 14. TCP/IP protokollar yığımının səviyyələri
Adları çəkilən protokollardan bəzilərini qeyd edək.
FTP faylların göndərilmə protokolu (File Transfer Protocol)
fayla uzaqdan əlçatanlığı yerinə yetirir. Etibarlı ötürməni təmin
etmək üçün FTP protokolu birləşmənin quraşdırılması üçün
|