ŞƏBƏKƏ TƏHLÜKƏSİZLİYİNƏ EDİLƏN HƏDƏLƏRİN
TƏHLİLİ
Eynicinsli olmayan şəbəkə mühitində kommunikasiyanın
təşkil edilməsi üçün TCP/IP protokollar yığımından istifadə
edilir. Protokollar yığımı müxtəlif növ kompüterlər arsında
uyğunluğu həyata keçirir. Uyğunluq TCP/IP protokollar
yığımının əsas üstünlüyüdür, odur ki, əksər kompüter
şəbəkələri bu protokolları dəstəkləyirlər. Digər tərəfdən
protokollar yığımı istifadəşiyə İnternetin resurslarından
bəhrələnməyə imkan yaradır.
TCP/IP öz populyarlığına görə şəbəkələrarası əlaqədə de-
fakto standartı hesab oluna bilər. Bununla yanaşı TCP/IP
protokollar yığımının geniş yayılması onun bəzi zəif cəhətlərinin
də üzə çıxmasına səbəb oldu. TCP/IP –nin yaradıcıları onun
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 253 ____________________________
müdafiə edilməsinə səbəb görmədilər. Odur ki, TCP/IP –nin
əvvəlki
verisyalarında
təhlükəsizlik
məsələlərinin
həll
olunmasına tələb olmadığı üçün onun realizə edilməsi zamanı
müəyyən bağlılıq ortaya çıxdı.
IP ŞƏBƏKƏLƏRİNİN TƏHLÜKƏSİLİK PROBLEMİ
İnternet-texnologiyalarının
populyarlığı
şəxsi
məlumatların, dövlət sirrlərinin, korporativ resursların və s.
agah edilməsinə gətirib çıxardı. Xakerlər və digər pisniyyətli
şəxslər şəbəkədə olan informasiya resurslarına müdaxilə
etməklə onları daim qorxu altında saxlayırlar. Belə hücumlar
günü-gündən artmaqla yanaşı həyata keçirilmə imkanlarına
görə də o qədər də mürəkkəb olmur, rahat tətbiq edilir. Buna
iki səbəb imkan yaradır.
Birincisi, İnternetə daxil olanların sayının günü-gündən
artması, milyonlarla kompüterlərin şəbəkəyə qoşulması,
informasiya mübadiləsinin fasiləsiz olaraq yerinə yetirilməsi və
s. bu kimi faktorlar xakerlərə imkan verir ki, qlobal miqyasda öz
əməllərini həyata keçirsinlər, onları maraqlandıran sualları
araşdırmaqla informasiya mübadiləsində iştirak etsinlər.
İkincisi, istifadəçilərin yaradıcılıq işlərində geniş istifadə
olunan əməliyyat sistemlərinin sadəliyi və geniş yayılmasıdır.
Bu faktor pisniyyətli insanın (xakerin) lazımi səviyyədə bilik
sahibi olmasını tələb etmir, çünki əvvəllər xakerdən
proqramlaşdırmanı və əməliyyat sistemlərini tutarlı səviyyədə
bilmək tələb olunurdusa, indiki zamanda ona ancaq lazım olan
saytın IP-ünvanını bilmək kifayət edir. Sadəcə olaraq mausun
sol düyməsini sıxmaq və ziyanverici əməlləri hayata keçirmək –
xakerin arzusunun həyata keçməsinə kifayətdir.
|