İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə170/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   166   167   168   169   170   171   172   173   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 256 ____________________________ 
daha qorxulu, zəhmli səslənir.
İndiki zamanda snifferlər şəbəkədə qanuna əsaslanaraq 
işləyirlər. Onlardan nasazlıqların diaqnostikasında və trafiklərin 
təhlil olunmasında istifadə edilir. Digər tərəfdən bəzi şəbəkə 
əlavələri verilənləri mətn formatında ötürdükləri üçün 
(məsələn, Telnet, SMTP, POP3 və i.a.) snifferdən bəhrələnən 
istifadəçi ancaq faydalı informasiya haqqında məlumat əldə edə 
bilir, bəzi hallarda isə, hətta konfidensial (məxfi) informasiya 
barədə də lazımı məlumatları ala bilir (məsələn, istifadəçinin 
adını, parolunu). 
Şifrələnməmiş formada parolun kanal vasitəsilə ötürülən 
zaman “tutulması” kanala “qulaqasma” yolu ilə baş verir və 
qulaqasmanın növlərindən biri hesab olunur. Ədəbiyyatlarda bu 
prosesi 
password sniffing adlandırırlar. Parolun və adın 
tutulması hər zaman eyni loqindən istifadə edən istifadəçi üçün 
çox təhlükəlidir. Bir çox istifadəçilər isə bütün resurslara daxil 
olmaq üçün bir paroldan və əlavədən istifadə edirlər. Əgər 
əlavə müştəri/server rejimində işləyirsə və autentifikasiyalı 
sənədlər şəbəkə ilə mətn formasinda göndərilirsə, böyük 
ehtimalla digər korporativ və ya xarici resurslardan istifadə 
etmək olar. 
Sniffinq paketlərindən gələn təhlükəni (hücumu) birdəfəlik 
audentifikasiya parolundan istifadə etməklə, aparat və ya 
proqram təminatının həyata keçirilməsi yolu ilə, həmçinin 
snifferi müəyyən edən kriptoqrafik müdafiə üsullarından 
istifadə etməklə aradan qaldırmaq olar. 
Verilənlərin dəyişdirilməsi
. Sizin məlumatları oxumaq 
imkanı əldə edən bədniyyətli insan, belə bir addım ata bilər – 
verilənləri dəyişmək. Ümumiyyətlə, paketə daxil olan verilənlər 
istənilən halda, yəni pisniyyətli insanın verilənləri göndərən 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin