İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə238/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   234   235   236   237   238   239   240   241   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 339 
 
Şəkil 135. View (Вид-Görünüş) düyməsindən istifadə nəticəsində ekrana açılmış 
rejimlər toplusu 
Proqram istifadəçiyə verilənlərin əks olunması üçün filtrlərdən 
(süzgəclərdən) istifadə etməyə imkan verir. Bu funksional imkan əsasən 
istifadəçinin böyük həcmə malik informasiya ilə işlədiyi zaman yardımçıdır. Əgər 
istifadəçi hər hansı bir şərt süzgəcindən istifadə etmək istəyirsə, onda o, mausun 
oxunu hazırladığı cədvəlin uyğun sütununun üzərinə gətirib sol düyməni sıxmalı 
və ekrana açılmış kontekst (dinamik) menyudan (Текстовые фильтры-Mətn 
süzgəcləri) altmenyusunu seçməlidir. Altmenyu özündə bir neçə əmri - 
süzgəclərin düzülüşünü və istifadə edilmə ardıcıllığının istiqamətini birləşdirir. 
Verilənlər bazasına öncədən quraşdırılmış süzgəci ləğv etmək lazım gəldikdə, 
istifadəçi ekrana açılmış dinamik menyudan (Снять фильтр-Süzgəci ləğv et) 
əmrini seçməlidir. 
VERİLƏNLƏRİN İMPORT VƏ EKSPORT EDİLMƏSİ
 
Öndə qeyd olundu ki, Microsoft Access əməliyyat sisteminin yaradılmış 
verilənlər bazasını import və ya eksport etmək imkanı vardır. Məsələn, verilənlərin 
Excel elektron cədvəlinə import edilməsi üçün (Внешные данные-Xarici 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
340 
verilənlər) qoşmasındakı (Импорт-İmport) sahəsindəki Excel düyməsini sıxmaq 
lazımdır. Nəticədə iş masasına 136 saylı şəkildə verilmiş dialoq pəncərəsi açılacaq.
 
Şəkil 136. (Импорт-İmport) sahəsindəki Excel düyməsinin sıxılması ilə açılmış 
Excel pəncərəsi
 
Pəncərədəki File name (Имя файлa-Faylın adı) sahəsi verilənlərin import 
ediləcək fayla yolunu göstərir. Bu məqsədlə sahənin sağ tərəfindəki (Обзор-
Baxış) düyməsini sıxmalı və Windows ənənəsinə uyğun olaraq import ediləcək 
fayla yolu müəyyənləşdirmək lazımdır. 
Microsoft Access 2007 əməliyyat sistemi istifadəçiyə import ediləcək 
verilənin import olunma üsulunu seçmək imkanı da verir. 
Bu məqsədlə 136 saylı pəncərədə verilmiş düyməcikləri ((Импортировать 
данные источника в новую таблицу в текущей базе данных-Cari verilənlər 
bazasındakı verilənləri yeni cədvələ import etmək) düyməciyi, (Добавить копию 
записей в конец таблицы-Qeydiyyatların surətinin cədvəlin sonuna əlavə 
edilməsi) düyməciyi və (Создать связанную таблицу для связи с источником 
данных-Mənbə verilənləri ilə əlaqə yaradacaq cədvəlin yaradılması) düyməciyi 
nəzərdə tutulur) növbə ilə aktivləşdirmək lazımdır. Beləliklə, import ediləcək faylın 
import olunma üsulu secildikdən sonra OK düyməsini sıxmaq lazımdır. Bununla 
yanaşı Access proqramının köməkliyi ilə eksport olunacaq fayllarında eksport 
olunma üsullarını seçmək mümkündür. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin