İ N F O R M A T İ K A
____________________________________________________________
348
ya da işığı əks edir.
İşıq
–elekrtomaqnit şüalanmasıdır.
Rəng–şüalanmanın gözə təsirinin xarakteristikasıdır.
Beləliklə, işıq şüası
gözün torlu qişasına düşəndə rəng hissi yaradır. Şüalanan işıq mənbədən
(məsələn, günəşdən, lampadan, monitorun ekranından və s.) çıxan isığa deyilir.
Mənbədən bilavasitə gözə düşən şüalanan işıq, özündə, onu yaradan bütün
rəngləri saxlayır. Obyektdən əks olunan işıq dəyişə bilir. İşıq
mənbəyi olmayan
ixtiyari predmet işığı ya müəyyən qədər udur, ya da əks etdirir.
Günəş və digər işıq mənbələri kimi monitor da işıq şüalandırır. Təsvir çap
edilən kağız isə işıgı əks etdirir. İşıq
həm şüalanma, həm də əks olunma
proseslərində alina bildiyinə görə işığin şərh edilməsi üçün bir-birinin əksi olan iki
üsul: additiv və subtraktiv rəng modelləri mövcuddur.
Şüalanan işıq additiv rəng modeli ilə şərh edilir. İşləyən monitorun və ya
televizorun ekranına yaxın məsafədən və ya lupa ilə baxanda çoxlu sayda xırda
qırmızı, yaşıl və göy rəngnlərdən ibarət olan nöqtələr görmək olur, çünki, rəngli
ekranda hər bir piksel müxtəlif (qırmızı, yaşil və göy)
rənglərdən ibarət olan üç
nöqtənin məcmusundan ibarətdir. Müxtəlif rəngli bu nöqtələr çox xırda olduğuna
görə gözdə onların qarışığı bir rəng kimi görünür. Beləliklə,
qonşü nöqtələrin
rəngləri qarışaraq başqa rəng əmələ gətirir.
Rəngli nöqtələrin işıqlanma intensivliyini dəyişməklə çoxsaylı rəng çalarları
yaratmaq mümkündür.
Additiv rəng üç əsas rəngin (qırmızı, yaşıl, göy) toplanması ilə alınır. Bu üç
rəngin hamısının intensivliyi 100%-ə çatanda ağ rəng alınır. Rənglərin hamısı
olmayanda qara rəng alınır.
Kompüter monitorlarında istifadə edilən additiv modeli RGB (Red-qırmızı,
Green-yaşıl, Blue-göy) abbreviaturası ilə işarə etmək qəbul edilmişdir.
Əks olunan rənglər subtraktiv rəng modeli ilə sərh edilir. Kağız işıq
şüalandırmır, isığı udur və əks etdirir. Gözə kağızdan əks olunan işıq düşür. Ona
görə də qrafik təsvirlərin çap edilməsi üçün subtraktiv modeldən istifadə edilir.
Ağ rəng göy qurşağına daxil olan bütün rəngləri özündə birləşdirir. Ağ rəng
prizmadan keçəndə tərkib hissələrinə ayrılır. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy
və bənövşəyi rənglər işığın görünən spektrini əmələ gətirir. Ağ kagız ağ isıqla
işıqlandırılanda bütün rəngləri əks etdirir. Rənglənmiş kağız isə bəzi rəngləri udur,
yerdə qalan rəngləri isə əks etdirir. Ağ isıqla işıqlandırılan qırmızı rənglə
rənglənmiş kağız ona görə qırmızı
görünür ki, o, qırmızı rəngdən başqa bütün
rəngləri udur. Həmin qırmızı kagızı göy işıqla işıqlandıranda o,
göy rəngi
udduğuna görə qara görunəcək. Subtraktiv rəng modelində mavi, al-qırmızı və
sarı rənglər əsas rənglərdir. Onların hər biri çap
səhifəsinə düşən ag rəngin
müəyyən rənglərini udur və ya ağ rəngdən müəyyən rəngləri çıxarır. Subtraktiv
modelin adı da bundan götürülmüşdür. İngiliscə “
subtrakt
” – cıxma deməkdir.
Əsas subtraktiv rəngləri də müxtəlif nisbətlərdə qarışdırmaqla çoxsaylı çalarlar
almaq mümkündür. Subtraktiv modeldə ağ rəng əsas subtraktiv rənglərin heç biri
olmayanda alınır.