İ N F O R M A T İ K A ____________________________________________________________ 349
Mavi, al-qırmızı və sarı rənglər yüksək faizlə qarışdırılanda qara rəng əmələ
gətirir. Daha dəqiq desək, bu rənglər qarışdırılanda nəzəri olaraq qara rəng
alınmalıdır.
Boyaların bəzi xüsusiyyətlərinə görə bu rənglər qarışdırılanda qonur-ləkə
çaları alınır. Ona görə də bu rəngə çap prosesində qara boya da əlavə edilir.
Subtraktiv rəng modeli CMYK (Cyan –mavi, Magenta – al-qırmızı, Yellow –
sarı, blacK – qara) abbreviaturası ilə işarə edilir.
RGB və CMYK modellərində rənglərin alınma üsulu fərqli olduğuna görə
monitorda görünən rəngləri olduğu kimi çap etmək olduqca çətindir.
QRAFİK FAYLLARIN FORMATLARI Qrafik təsvirlərlə iş prosesində onların sonrakı mərhələlərdə işlənməsi üçün
kompüterin yaddaşında saxlanması ən vacib problemlərdən biridir. Bu problemlə
ixtiyari qrafik sistem istifadəçiləri daim qarşılaşmalı olur. Təsvir son formasını
alana qədər o, bir neçə qrafik proqram vasitəsi ilə emal prosesini keçməlidir.
Məsələn, fotoşəkil əvvəlcə skanerə edilir və kompüterə köçürülür, sonra
Adobe Photoshop proqramından istifadə edilməklə görünüş qüsurları aradan
qaldırılır və rənglərin korreksiyası aparılır. Bundan sonra alınan təsvir iş
prosesində qurulacaq təsvirlərə əlavə edilmək üçün CorelDRAW və Adobe
Illustrator kimi təsvirlərin yaradılması üçün nəzərdə tutulan proqramlara eksport
edilir.
Jurnal məqaləsi və ya kitab üçün hazırlanan təsvir adətən QuarkXPress və ya
Adobe PageMaker kimi mətbəə sistemlərinə import edilməli olur.
Multimedik təqdimat üçün hazırlanan təsvir isə çox güman ki, Microsoft
PowerPoint və Macromedia Director kimi proqramlardan istifadə edilməklə
hazırlanır və yaxud da Veb-səhifəsində yerləşdirilir.
Qrafik faylın formatı - qrafik məlumatların xarici daşıyıcıda təsvir edilməsi
üsuludur.
Standartlar hələ mövcud olmayan vaxtlarda qrafika proqramlarını
hazırlayanların hər biri öz əlavələri üçün təzə format yaradırdılar. Ona görə də
müxtəlif proqramlar (mətn prosessorları, mətbəə sistemləri, illüstrativ qrafika
paketləri, CAPR-avtomatlaşdırılmış layihələndirmə sistemləri) arasında məlumat
mübadiləsi zamanı ciddi problemlər yaranırdı. Keçən əsrin 80-ci illərin
əvvəllərindən başlayaraq inkişaf etmiş ölkələrin rəsmi qurumları əvvəlcə müxtəlif
əlavələr üçün ümumi formatlar yaratmaq haqqında qərar qəbul etdilər və müvafiq
qurumlara bu barədə tapşırıqlar verdilər. Qərara uyğun olaraq sahə
mütəxəssisləri işə başladılar.
Qeyd etmək lazımdır ki, təsvirə ediləcək bütün əlavələr üçün yararlı olan
vahid format yoxdur və ola da bilməz. Lakin bəzi formatlar bir sira predmet
sahələri üçün standart formatlara çevrilmişdir.