İ N F O R M A T İ K A ____________________________________________________________ 347
Illüstrasiyaları yaratmaq üçün vektor redaktorlardan istifadə edilir.
İxtiyari qrafik redaktor təsvirlərlə işləmək üçün alətlərə malik olur. Əyri aləti
(fırça və ya karandaş) düz və əyri xətlərin çəkilməsi üçün nəzərdə tutulmuşdur.
Restangle (Прямоугольник-Düzbucaqlı), Ellipse (Эллипс-Ellipis) və Polygon
(Многоугольник-Çoxbucaqlı) alətlərindən həndəsi fiqurların qurulması üçün,
rəngləmədən ötrü isə Fill (Заливка-Doldurma) alətindən istifadə edilir. Mətnlərin
və sərlövhələrin yaradılması üçün Text (Техт-Mətn) aləti tətbiq edilir. Təsvirlərlə
işləyərkən çox vaxt təsvirdəki xırda detalları yaxşı görə bilmək üçün fraqmenti
böyütmək lazım gəlir. Bu məqsədlə Zoom (Масштаб-Miqyas) alətindən istifadə
edilir. Rastr və vektor qrafikası redaktorlarında eyni alətlərdən istifadə edilməsinə
baxmayaraq, həmin alətlərlə yaradılan obyektin təsvir üsulu fərqli olur.
Qrafik redaktorlarda təsvirin ayrı-ayrı hissələrini köçürməyə, yerini
dəyişdirməyə, ləğv etməyə, miqyaslaşdırmağa, güzgü əksini almağa, döndərməyə
imkan verən imkanlar reallaşdırılmışdır. Fraqment üzərində hər hansı əməliyyatı
aparmazdan əvvəl onu ayırmaq lazımdır. Vektor qrafika redaktorlarında
obyektlər (vektor primitivlər), rastr qrafika redaktorlarında isə
oblastlar (piksellər toplusu) ayrılır. Obyekti ayirmaq üçün mausun oxunu onun üzərinə
gətirib sol düyməni sıxmaq kifayətdir. Oblastın ayrılması isə bir qədər mürəkkəb
məsələdir. Ona görə ki, oblastı ayıranda hansı qrup piksellərin oblast əmələ
gətirdiyini muəyyənləşdirmək lazımdır. Məhz buna görə rastr qrafikası
redaktorlarında müxtəlif ayırma alətlərindən istifadə edilir. Rastr redaktorlarda
həm sadə formalı oblastları, həm də mürəkkəb (əyrixətli) oblastları ayırmaq üçün
nəzərdə tutulan ayırma alətləri olur.
Rastr qrafikada əsas anlayış piksel olduğuna görə rastr qrafikası
redaktorlarında alətlərin və əmrlərin əksəriyyəti ayrı-ayrı piksellərin parlaqlığını və
rəng çalarını dəyişdirir. Bu da təsvirdəki kəskinliyi yaxşılaşdırmağa, təsvirin ayrı-
ayrı fraqmentlərinin tünd və ya açıq görünməsini təmin etməyə, xırda qüsurları
(qırışları, cızıqları və s.) ləğv etməyə imkan verir.
Vektor qrafikada əsas anlayış obyektdir. Ona görə də vektor grafikası
redaktorlarında qaydayasalma, qarşılıqlı tənləşdirmə, obyektlərin kəsişməsi, bir
obyekti digərindən istisna edən əmrlər olur. Odur ki, vektor grafikası
redaktorlarında murəkkəb formalı obyektləri sadə formalı obyektlərdən yaratmaq
olur.
Adətən rastr və vektor qrafikası redaktorlarında həcm effekti almaq üçün
vasitələrdən istifadə etmək mümkündür. Lakin real obyektlərin (personajların,
interyerlərin və s.) üçölçülü obrazını üçölçülü modelləşdirmə proqramları ilə
yaratmaq daha məqsədəuyğundur.