İ N F O R M A T İ K A ____________________________________________________________ 359
serveri geniş xarici yaddaş resurslarına malik olmaqla, işçi stansiyalara əlavə
yaddaş xidməti göstərmək üçün qurulur.
HP Z200 SFF işçi stansiyası
Bu bölgü yalnız funksional bölgü olduğundan, real həyatda bir kompüterdə
həm kommunikasiya serveri, həm verilənlər bazası serveri, həm poçt serveri, həm
də işçi stansiya təşkil etmək mümkündür.
Verilənlər bazası serveri üçün isə bir neçə kompüter ayırmaq olar. Lakin
bütün bu kompüterlərə funksional aspektdə vahid kompüter kimi baxılacaqdır.
Şəbəkə həm də müxtəlif proqram və altproqramların qarşılıqlı fəaliyyətini
təmin etdiyindən, həmin proqramların hansı kompüterlərdə yerləşməsindən çox
şey asılıdır, yəni elə etmək lazımdır ki, şəbəkə boyu ötürülən informasiyanın
həcmi minimum olsun.
“
Müştəri – server ” texnologiyasında funksiyalar və informasiya xidməti
müştəri (informasiya istifadəçisi) ilə
server
(informasiya sahibi) arasında elə
paylanır ki, şəbəkə üzrə informasiyanın ötürülməsi minimum olsun. Bu
texnologiyada müştəri serverə sorğu göndərir. Sorğuda tələb olunan
informasiyanın xarakteri və həcmi, həmçinin verilənlərin təşkili forması göstərilir.
Bunun əsasında lazımi informasiyanı server verilənlər bazasında axtarır, tapır və
tələb olunan formada dəyişdirir, alınmış nəticə müştəriyə ötürülür. Bu
texnologiyada interfeys proqramları müştəri kompüterdə, sorğunu işləyən sistem
proqramları isə serverdə işləyir.
Global, regional və lokal şəbəkələrin geniş yayılması, xüsusilə İnternet-in
meydana çıxması bir sıra yeni xidmətlərin yaranmasına səbəb oldu ki, bunlardan
da ən populyarı
elektron poçtdur . Bununla yanaşı, verilənlərin şəbəkə vasitəsilə