İ N F O R M A T İ K A
____________________________________________________________
354
funksiyalar icra edən köməkçi kompüterlər vardır. Çoxmaşınlı kompleksdən fərqli
olaraq şəbəkədə birləşdirilmiş maşınların icra etdikləri funksiyalar əvvəlcədən
məlum deyil, şəbəkənin quruluşu dəyişə biləndir və müxtəlif proseslərdə
kompüterlərin qarşılıqlı fəaliyyəti müxtəlif ola bilir. Şəbəkənin işi yalnız
kompüterlər arasında informasiya mübadiləsini reallaşdırmaqdan ibarət olur.
Kompüterlərin şəbəkədə birləşdirilməsi meyli bir sıra obyektiv səbəblərlə, o
cümlədən, iqtisadiyyatın qloballaşdırılması, işgüzar fəaliyyətin və dövləti işlərin
idarə edilməsi səviyyəsinin yüksəldilməsi, informasiya xidmətinin yeni növlərinin
meydana çıxması ilə bağlıdır.
Müəssisədəki kompüterlərin birləşdirilməsi və şəbəkə aşağıdakı üstünlüklərə
malikdir:
İş yerlərində icra edilən idarəetmə əməliyyatları bir proqramla, vahid
qayda və vahid vasitələrlə həyata keçirilir;
Şəbəkədən istifadə edilməsi zamanı müəssisənin bütün verilənləri bir
(bəzən bir neçə) kompüterdə yerləşdirilir ki, bu da həmin verilənlərə
bütün iş yerlərindən müraciət etmək imkanı verir;
Disk yaddaşına qənaət edilir;
Sistemə daxil edilən informasiya həmin andan etibarən bütün istifadəçılər
üçün də əlçatan olur;
Çoxistifadəçili rejim təmin edilir;
Periferiya qurğularından (printerdən, maqnit diskindən və s.) şərikli
istifadə edilir.
Sadalanan bu funksiyalar
proqramların paylanması
,
verilənlərin paylanması
və
kompüter resurslarının paylanması
adlanır. Bununla yanaşı şəbəkədə prosessor
resursları da paylana bilir, yəni, az güclü kompüter güclü kompüterin
resurslarından istifadə edə bilir.
Kompüter şəbəkələri lokal, regional və qlobal olur.
Dostları ilə paylaş: